Mühasib köməkçisi
 
JOB TITLE: Mühasib köməkçisi
EMPLOYER: Karvan - L DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-09 LAST UPDATED: N/A DEADLINE: 2021-07-09

Mühasib köməkçisi

İş barədə məlumat

- Bank hesablarıı üzrə ödənişlərin həyata keçirilməsi, e-internetbanking sistemində işləmək bacarığı, əməliyyatların kağız üzərində aparılması,
- DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
- Gömrük sənədləri ilə işləmək bacarığı, İdxal olunmuş malların maya dəyərinin hesablanması, ixrac olunan malların hesabatlarının hazırlanması, gömrük əməliyyatları üçün kodun alınması,
- Mədaxil – məxaric orderlərinin aparılması;
- Təşkilatlarla danışıqların aparılması, tələb olunan müqavilələrin aidiyyəti üzrə bağlanması;
- İşçilərin əmək haqlarının normativ sənədlər əsasında ödənilməsini təmin edmək,
- Elektron Qaimə Hesab Fakturalarının işlənməsi;
- Əsas vəsaitlərin, mal-material uçotunun aparılması və amortizasiya hesablanması;
- Elektron hökümət portalı ilə işləyə bilmə bacarığı (e-gov.az, e-taxes.gov.az)
- Debitor və kreditor üzrə uçotun aparılması və hesablaşmalarına ciddi nəzarət olunması;
- Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı;
- Ezamiyyələrin, məzuniyyətlərin hesablanması,
- Rəhbərlik tərəfindən verilən Maliyyə hesabatlarının hazırlanması

Tələblər

- Ali təhsil (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)
- Yaş həddi-25-35 (Xanım namizədlərə üstünlük veriləcək)
- Min. 3-5 il istehsalatda iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək
- MS Office və 1C proqramında mükəmməl işləmək bacarığı
- Vergi Məcəlləsini bilməli
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
- Azərbaycan dili biliyi (rus dili arzuolunandır)
- Stressə davamlı, analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq

İş qrafiki:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- İş günləri: Həftənin 6 günü, şənbə qısaldılmış iş günü
- İstirahət bazar günü.
- Nahar şirkət tərəfindən verilir.

Ünvan: Bakı şəh. Babək pr.
Əmək haqqı razılaşma yolu ilə.

Vakansiyaya uyğun olan namizədlər mövzu yerində “Mühasib köməkçisi” qeyd edərək CV-lərini hr@karvanl.com ünvanına göndərə bilərlər. Tələblərə cavab verməyən namizədlərin CV-nə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP