Çağrı mərkəzi operatoru
 
JOB TITLE: Çağrı mərkəzi operatoru
EMPLOYER: 166 Yükdaşıma və Logistika DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-09 LAST UPDATED: 2021-06-10 DEADLINE: 2021-07-09

Çağrı mərkəzi operatoru

İş barədə məlumat

- Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması;
- Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərə uyğun olan qiymətin müştəriyə ən uyğun formada bildirilməsi;
- Sifarişin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması və hər hansı problemli vəziyyət olduqda (gecikmə, çatışmazlıq və s.) müştəriyə dərhal məlumatın verilməsi;
- Sifarişin qeydiyyata alınması və icrası ilə bağlı gedişatların sistemdə işlənilməsi;
- İş qrafiki – növbəli
- Əmək haqqı: 500-800 azn

Namizədə tələblər

- Səlis danışıq qabiliyyəti;
- İş təcrübəsi minimum 2 il;
- Ərazi bilikləri (Bakı, Sumqayıt şəhərləri və Azərbaycanın rayonları üzrə);
- Azərbaycan və rus dilini yaxşı səviyyədə bilməlidir ;
- Ms Office üzrə bilikləri olmalı;
- Öyrənməyə meylli və yeniliyə açıq olmalıdır.

Vakansiyaya müraciət üçün https://hr.166.az/ saytına daxil olaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP