Havalandırma, isitmə və soyutma sistemləri üzrə usta
 
JOB TITLE: Havalandırma, isitmə və soyutma sistemləri üzrə usta
EMPLOYER: AVT Logistics DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-10 LAST UPDATED: 2021-06-10 DEADLINE: 2021-07-10

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 16.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2022-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Havalandırma, isitmə və soyutma sistemləri üzrə usta
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 3 il
Təhsil: Müvafiq sahə üzrə peşə təhsili

İşin Təsviri: Ofis, Anbar və Platforma havalandırma sistemləri və kondisionerlərin yoxlanılması və təmiri.

Vəzifə öhdəlikləri:

- Şirkət daxilində mərkəzi havalandırma sistemləri və kondisionerlər ilə bağlı yaranan problemlərin aradan qaldırılması və təmir işlərinin icra edilməsi
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və məsuliyyətli şəkildə yerinə yetirilməsi.

Tələblər:

- Havalandırma, isitmə və soyutma sistemləri, kondisionerlər haqqında yaxşı səviyyədə biliklərə sahib olmalı;
- Komandada işləmə bacarığına malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalı;

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.

Müraciət qaydaları: CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Havalandırma, isitmə və soyutma sistemləri üzrə usta” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP