Havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis(HVAC)
 
JOB TITLE: Havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis(HVAC)
EMPLOYER: AVT Logistics DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-10 LAST UPDATED: N/A DEADLINE: 2021-07-10

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 16.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2022-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis(HVAC)
İş yeri: Bakı şəhəri, Məhəmmədi qəs.
İş təcrübəsi: 3-5 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil

Vəzifə öhdəlikləri:

- İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin texniki hesablamalarının yoxlanılması;
- Şirkət daxilində mərkəzi havalandırma sistemləri və kondisionerlər ilə bağlı müntəzəm olaraq yoxlamaların həyata keçirilməsi;
- Yoxlamalar zamanı aşkarlanan nasazlıqlar və problemlərlə bağlı müvafiq rəy və göstərişlərin verilməsi;
- Avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin düzgün yoxlanılması
- Havalandırma, isitmə və soyutma sistemlərinin güclərinin hesablanması və ərazinin sahəsinə uyğun rəy verilməsi;
- Layihələrin yerinə yetirilməsi zamanı, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə nəzarət
- Sifarişçilərin tələb və istəklərinə uyğun optilmal və iqtisadi səmərəli variantlar seçməklə layihələrinin hazırlanması
- Bölmənin texniki nəzarətində olan bütün avadanlıqların texniki qulluq və periodik baxımlarının izlənməsi və təşkili.Ciler(Chiller), Kondisionerlərin təmiri, quraşdırılması və texniki baxımı
- Müvafiq hesabatların hazırlanması.

Tələblər:

- Havalandırma, isitmə və soyutma sistemləri, kondisionerlər haqqında yaxşı səviyyədə biliklərə sahib olmalı;
- Azərbaycan və Rus dilinin yüksək səviyyədə olması, ilkin İngilis dili biliyi;
- Kompüter bilikləri (MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı);
- Komandada işləmə bacarığına malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalı.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.

Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis” yazmaqla CV göndərərək müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP