Sürücü-Ekspeditor
 
JOB TITLE: Sürücü-Ekspeditor
EMPLOYER: İnci Group of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-10 LAST UPDATED: N/A DEADLINE: 2021-07-10

Şirkət haqqında : 1995-cü ildə təsis olunan “İnci Group of Companies” MMC satış və distributor şirkəti kimi fəaliyyətə başlayıb. Hazırda şirkətlər qrupunun tərkibində müxtəlif istiqamətlərdə bir neçə şirkət fəaliyyət göstərir.

Vəzifənin adı : Sürücü-Ekspeditor

Namizədə dair tələblər:

- Ali və Orta təhsil ,
- MS Office ilə qabaqcıl istifadə bacarıqları;
- Komandada işləmə bacarığı;
- Sürücülük vəsiqəsinin(B kategoriya) olması mütləqdir,Ford Tranzit avtomobili ilə təmin edilir;
- Müştərini qazanmaq qabiliyyəti;
- Ünsiyyətcillik;
- Dəqiqlik və məsuliyyət;
- Yaş: 23-35;

İş barədə məlumat:

- Satış hədəflərinin vaxtlı vaxtında icra olunması;
- İşin başlanğıcında anbardan malların təhvil alınması və maşına yüklənilməsi;
- Təyinat məntəqələrinə vaxtında vizitlərin edilməsi;
- Öz rutu üzərində yeni müştərilərin tapılması və onlara məhsulların təklif edilməsi;
- Müştəri borc limitlərinin nəzarətdə saxlanılması;
- Müştəri borclarının vaxtlı vaxtında yığılması və həmin gün kassaya təhvil verilməsi;
- Yeni satış nöqtələri haqqında vaxtında məlumat alması;
- Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımaq;
- Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq;
- Satışla bağlı rəhbərliyin ona həvalə etdiyi digər vəzifələr və öhdəliklərin icra edilməsi;
- İş saatı : 09 :00-18:00

İş barədə məlumat:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə ;
- İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;

Əmək haqqı fiks fond və satışdan bonuslar əsasında müəyyən olunur və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı - hr.inci@inci.az emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP