Anbar mühasibi
 
JOB TITLE: Anbar mühasibi
EMPLOYER: Qartal Construction Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-10 LAST UPDATED: N/A DEADLINE: 2021-07-10

Vəzifə: Anbar mühasibi
İşəgötürən: Qartal Tikinti Firması
Əmək haqqı: 600 AZN

Tələblər:

1. Uyğun sahədə ali təhsili olmalı;
2. Sumqayıt şəhərində yaşayan xanım namizəd olmalı;
3. Mühasibat sahəsində ən azı 2 il iş təcrübəsi olmalı;
4. Mühasibat sahəsi üçün qanunvericilik aktlarından anlayışlı olmalı;
5. Kompyuter biliyi (1C7.7, Excel, Word, Outlook və s.);
6. İşində dəqiq, məsuliyyətli, işgüzar olmalı;
7. Yaş həddi: 22-35.

İş haqqında məlumat:

1. Anbar mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
2. 1C 7.7 versiyada anbara mədaxil və məxariclərin işlənməsi;
3. Anbar qalığının hazırlanıb, təqdim edilməsi;
4. Yanacaq hesabatının hazırlanması, nəqliyyat vasitələri üzrə silginin aparılması;
5. Avtomobil ehtiyat hissələrinin mədaxil və məxaric sənədlərinin hazırlanması və maşınlara silinmə aktının hazırlanması;
6. Yeməkxana hesabatının hazırlanması;
7. Direktorun verdiyi digər tapşırıqların icra edilməsi.

İşçi üçün şərait:

1. Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
2. Firma tərəfindən nahar və korporativ nömrə təmin olunur;
3. İş günləri: 5 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir;
4. İş yeri Sumqayıt şəhərindədir.

Əlaqə vasitələri:

Namizədlərin CV-lərini info@qartal.az e-mail adresinə, mövzu hissəsində “Anbar mühasibi” yazmaqla göndərmələri xahiş olunur.

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
Əlaqələndirici şəxs: Tural Məmmədov
Telefon: +994 50 235 48 67

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP