Tibbi Nümayəndə
 
JOB TITLE: Tibbi Nümayəndə
EMPLOYER: SWISSMED DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-10 LAST UPDATED: N/A DEADLINE: 2021-07-10

“Sandoz Pharmaceuticals d.d” Azərbaycandakı rəsmi eksklyuziv partnyoru olan “SwissMed” şirkəti region üzrə tibbi nümayəndə vəzifəsinə işçi qəbulunu elan edir.

İş barədə məlumat

- Mingəçevir, Bərdə, Göyçay, Yevlax, Tərtər, Ağcəbədi, Ağdaş, Ağdam ərazilər üzrə Tibbi Nümayəndə
- Şirkətin məhsullarını tibbi və əczaçılıq müəssisələrində, həkim və əczaçılara tanıtmaq
- Gündəlik tibb və əczaçılıq müəssisələrinə baş çəkmək
- Təqdim edilən dərmanlara olan tələbatın öyrənilməsi
- Bazarın, rəqiblərin araşdırılması və tələbatın müəyyənləşdirilməsi
- Həkim bazasının formalaşdırmaq və müntəzəm olaraq yeniləmək
- Satış dinamikasını izləmək
- Görülən işlər barədə gündəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi
- İş qrafiki: həftənin I-V gün 09:00-dan 17:30-dək
- Aylıq əmək haqqı+mükafat (premiya)
- İş yeri: Region

Namizədə tələblər

- Ali təhsil və ya orta tibb təhsil.
- Ən azı 3 il iş təcrübəsi
- Səlis və aydın nitq, sistemli təqdimat bacarığı.
- Rəsmi və səliqəli geyim tərzi.
- Dürüst, məsuliyyətli və qoyulan tapşırıqları vaxtında yerinə yetirmək.
- Hərəkətli iş rejimində və kollektivdə işləmə bacarığı.
- Şəxsi avtomobil olanlara üstünlük verilir.
- Aylıq yanacaq şirkət tərəfindən ödənilir

Maraqlanan şəxslərdən CV-lərini elkhan.mirzayev@swissmed.az ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP