Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Odontos LTD DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-10 LAST UPDATED: N/A DEADLINE: 2021-07-10

Odontos MMCMühasib” vakansiyası elan edir.

İş barəsində məlumat:

- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditor hesablaşmaların aparılması;
- Əmək haqqı, məzuniyyətlərin hesablanması;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
- Mal-materialların uçotunun aparılması;
- İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
- Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
- Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək;
- Müəssisədə yazılmış maliyyə sənədlərin qeydiyyatını aparmaq, lazımı formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;
- Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.

Namizədə verilən tələblər:

- Təhsil: Ali təhsil (Mühasibat, Maliyyə, İqtisadiyyat);
- İş təcrübəsi: 3 il iş təcrübəsi olan;
- Yaş həddi: 25-40;
- 1C proqramı – 8.2 və 8.3 versiyalarını mükəmməl şəkildə bilmək;
- Dil bilikləri - Azərbaycan və Rus dili;
- Kompüter bilikləri - MS Office yaxşı səviyyədə bilmək;

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək öz CV-lərini hr@odontos.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP