Alman dili müəllimi
 
JOB TITLE: Alman dili müəllimi
EMPLOYER: StudyLab DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-23 LAST UPDATED: N/A DEADLINE: 2021-07-23

StudyLab” Təhsil və İnkişaf Mərkəzi həmfikirlər və istedadlar axtarır!

Əgər “StudyLab” Təhsil və İnkişaf Mərkəzinin fəaliyyətini bəyənirsinizsə və öz iştirakınız ilə işimizin, komandamızın daha da güclənə biləcəyinə əminsinizsə, öz tərcümeyi-halınızı (CV) və tövsiyə məktubunuzu (Cover Letter) merkez@studylab.az ünvanına göndərin.

Alman dili müəllimi

Vəzifə öhdəlikləri:

• Tədris proqramının və qruplar üzrə dərslərin planlaşdırılması
• Bölmələr üzrə formativ qiymətləndirmə və ümumi sınaq imtahanları təşkil edərək tələbələrin öyrənmə və inkişaf səviyyəsinin müəyyənləşdirilməsi
• Tələbələrin inkişafının qarşısını alan problemlərin araşdırılması və zəruri tədbirlərin görülməsi. Ehtiyac olduğu halda administrativ heyətə bu barədə məlumat verilməsi
• Tələbələrin daha yüksək nəticə göstərməsi üçün ehtiyaclara uyğun olaraq dərslərdə müasir texnologiya, interaktiv metodologiyaların tətbiqi

Namizədə tələblər

• Müvafiq sahə üzrə ali təhsil
• Alman dilinin tədrisi sahəsində 3 illik təcrübə
• 2 ədəd referans göstəriləcək şəxs
• Yüksək səviyyədə Alman dili bacarıqları
• Alman dili üzrə beynəlxalq sertifikatların olması üstünlükdür

Tələb olunan bilik və bacarıqlar

• Yüksək pedaqoji bacarıqlar
• Müxtəlif yaş qrupları ilə işləmək bacarığı
• Həm üzbəüz, həm də onlayn qaydada dərsləri aparmaq
• Komandada işləmək bacarığı
• Gülərüz və pozitiv olmaq
• İşə ciddi və məsuliyyətli yanaşmaq

Şərtlər

• Rahat yerdə yerləşən rahat ofis.
• İş qrafiki fərdi qaydada müəyyən edilir.
• İş qrafiki 6 gün, 1 gün (bazar) istirahət
• İş şərtləri fərdi olaraq müzakirə olunur.
• İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku

Müraciət qaydası: merkez@studylab.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “ALMAN DİLİ MÜƏLLİMİ” yazıb CV göndərməklə müraciət edilir. Yalnız ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 22 iyul 2021

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP