Kredit mütəxəssisi
 
JOB TITLE: Kredit mütəxəssisi
EMPLOYER: FNC BOKT DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-23 LAST UPDATED: N/A DEADLINE: 2021-07-23

KREDİT MÜTƏXƏSSİSİ

Şirkət: “BOKT” MMC.Bank Olmayan Kredit Təşkilatı
Müqavilə: Əmək müqaviləsi
Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.

Əsas vəzifə və öhdəliklər:

• Müraciət etmiş müştərilərə kredit məhsulları barəsində məlumat vermək
• Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq
• Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək
• Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək
• Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək
• Kredit və girovların monitorinqini həyata keçirmək

Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:

• Natamam ali təhsil (bakalvr (iqtisadiyyat, maliyyə-kredit, biznes sahələri üzrə))
• Kredit sahəsində ən azı 1 (bir) il iş təcrübəsi
• Yaş həddi 22-35
• Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı
• Azərbaycan dilində səlis danışmaq/yazmaq, rus dili yaxşı səviyyəsində bilmək
• Analitik düşüncə bacarığına malik olmaq
• Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmə bacarığı
• Məsuliyyət, düzgünlük, təşəbbüskar, dəqiq və etibarlı kimi keyfiyyətlərə malik olmaq

İş qrafiki: 6 gün

Maraqlananlar müraciət formalarını CV (resume) hr@fnc.az ünvanına göndərə bilərlər.

E-mail göndərərkən Mövzu (Subject) qrafasında “Kredit Mütəxəssisi” qeyd olunması xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP