Quraşdırıcı
 
JOB TITLE: Quraşdırıcı
EMPLOYER: A+A Security DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-23 LAST UPDATED: N/A DEADLINE: 2021-07-23

Elektron Təhlükəsizlik, Kilidləmə, GPS Monitoring, Naqilsiz Telemetriya və Elektron İdarə Etmə Sistemləri sahəsində böyük təcrübəyə malik olan distribyutor və inteqratordur. Biz, fiziki şəxslərdən və kiçik müəssisələrdən tutmuş dövlət idarələri və iri korporasiyalara qədər, geniş müştəri dairəsi ilə əməkdaşlıq edirik. Missiyamız müştərilərimizə ən keyfiyyətli və sərfəli xidmət göstərməkdən ibarətdir.

Ətraflı məlumat üçün: Web: http://aasecurity.az , http://telemetric.az , http://www.aagroup.az

Vəzifə öhdəlikləri:

• Quraşdırma-servis işlərinin görülmüş işlərin şablonları əsasında və alınmış tapşırığa uyğun həyata keçirilməsi.
• İşlərin görülməsi zamanı Sifarişçinin nümayəndələri ilə əlaqə.
• Müvafiq formaların doldurulması və imzalanması ilə işlərin Sifarişçinin nümayəndələrinə təhvil-təslimi.
• Təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi.
• İstifadə edilən alətlərin saz vəziyyətdə saxlanması.
• İşlərin yalnız işçi geyim formasında yerinə yetirilməsi, işçi geyimin təmiz və səliqəli vəziyyətdə saxlanması.
• İnsanlarla xoşməramlı ünsiyyət qurmağı, gərgin əmək şəraitində işləməyi bacarmaq;
• Öhdəliklərini düzgün və şirkətin maraq və mənafeləri naminə təhlükəsiz yerinə yetirmək;

Tələblər:

• Ali texniki təhsil.
• Azərbaycan dili, Rus dili
• Yaş 20-30

İş şərtləri:

• Həftə içi: 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
• İstirahət günləri – şənbə və bazar günləri
• Əmək haqqı – 500 AZN+nahar yeməyi

Maraqlanan şəxslərdən CV-lərini hr@aplusa-security.com ünvanına göndərmələri xahiş olunur. E-mail göndərilərkən mövzu hissəsinə "Quraşdırıcı" başlığı yazılmalıdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP