İcraçı direktor
 
JOB TITLE: İcraçı direktor
EMPLOYER: AMO MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-23 LAST UPDATED: N/A DEADLINE: 2021-07-23

Vakansiya: İcraçı direktor
Şirkət: A.M.O. MMC

Tələblər:

• İqtisadiyyat, idarəetmə, biznes və marketinq sahəsində ali təhsil;
• İdarəetmə sahəsində minimum 5 il təcrübə;
• Güclü liderlik keyfiyyətinə sahib olmalı;
• Kollektivlə işləmək və kollektivi idarə etmək bacarıqlarına malik olmalı;
• Analitik təhlil, təşkilatçılıq və təşəbbüskarlıq qabiliyyətinə sahib olmalı;
• İşgüzar ünsiyyət və danışıqlar aparmağı bacarmalı;
• Ezamiyyətlərə getmək imkanına malik olmalı;
• Punktual və məsuliyyətli olmalı;
• Azərbaycan dilini əla, rus və ingilis dillərini yaxşı səviyyədə bilməlidir;
• Kompüter biliyi: MS Office proqramları

Vəzifə öhdəlikləri:

• Şirkətin cari fəaliyyətinə rəhbərlik etmək;
• Şirkətin işini, habelə onun struktur bölmələri və işçiləri arasında qarşılıqlı əlaqələri təşkil etmək;
• Şirkətin fəaliyyətinin cari və gələcək plan və proqramlarının tərtib etmək, Təsisçiyə təqdim etmək və Təsisçinin təsdiq etdiyi plan və proqramların yerinə yetirilməsini təmin etmək;
• Şirkətin Nizamnaməsinin tələblərinin, habelə Təsisçinin bütün qərarlarının şərtsiz yerinə yetirilməsini təmin etmək;
• Şirkətin fəaliyyətinin gəlirliyini təmin etmək;
• Müəyyən olunmuş müddətlərdə Təsisçiyə hesabatlar vermək;
• Şirkətin fəaliyyətində qüvvədə olan qanunvericiliyə riayət olunmasını təmin etmək;
• Şirkətin Kommersiya sirrinin rejiminə riayət olunmasını, habelə müəyyən olunmuş qaydada və səlahiyyətlərinə uyğun olaraq kommersiya sirrinin mühafizəsi ilə bağlı olan tədbirlərin həyata keçirilməsini təmin etmək;
• Şirkət tərəfindən vergi və ayrılmaların müəyyən olunmuş qaydada və müddətlərdə ödənilməsini təmin etmək;
• Vəzifəsi çərçivəsində Təsisçi tərəfindən ona tapşırılan digər tapşırıqları yerinə yetirmək;
• Şirkətin işçilərinin istehsal və əmək intizamına riayət edilməsini təmin etmək.

Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
İş qrafiki : 6 günlük
İş vaxtı: 9:00 – 18:00
İstirahət günü: Bazar günü

Müraciət etmək istəyən namizədlər CV-lərini Rashad@e-miras.az e-mail ünvanına mövzu hissəsinə “İcraçı direktor” qeyd edərək göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP