Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Azmikroinvest BOKT DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-23 LAST UPDATED: N/A DEADLINE: 2021-07-23

İşin təsviri:

İş yeri: Azmikroinvest BOKT MMC
Vəzifənin adı: Mühasib

- İş rejimi: hər həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-dək (nahar fasiləsi 13:00-14:00);
- Əmək haqqı: sınaq müddəti ərzində 700 AZN xalis (net), 3 ay sonra 1000 AZN xalis (net);
- Tabeçiliyi: Baş mühasib

Namizədə qarşı tələblər:

- Ali iqtisadi təhsil;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi üzrə biliklər;
- Mühasibat uçotu üzrə Qanunvericilik və Bank Qanunvericiliyi bilikləri;
- Beynəlxalq Maliyyə Hesabatları Standartları və Beynəlxalq Uçot Standartları bilikləri;
- Mühasibatlıq sahəsində ən azı 2 illik iş təcrübəsi;
- Xarici dil bilikləri: ingilis dili (rus dili üstünlükdür);

Vəzifə funksiyaları:

- Mühasibat yazılışlarının daxil edilməsi;
- Bank hesablarına, vergilər üzrə şəxsi hesab vərəqəsinə, kontragentlərlə debitor və kreditor borcu hesablarına gündəlik nəzarət edilməsi, vaxtaşırı üzləşmə aktları ilə təsdiqlənməsi;
- Verilmiş tapşırığa uyğun ödənişlərin icra edilməsi;
- Əmək haqqı və təhtəlhesab məbləğlər üzrə işçilərlə hesablaşmaların icra edilməsi;
- Əsas vəsaitlərlə bağlı hesablamaların aparılması;
- Gündəlik rəhbərlik hesabatlarının hazırlanması;
- Maliyyə, prudensial, vergi və statistika hesabatlarının hazırlanmasında iştirak etmək;
- İşçi heyəti ilə bağlı sənədlərin (əmək müqavilələri, əmrlər və s.) hazırlanması.

E-mail: aghja.talibova@azmikroinvest.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP