SƏTƏM üzrə mütəxəssis
 
JOB TITLE: SƏTƏM üzrə mütəxəssis
EMPLOYER: A+Co ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-23 LAST UPDATED: N/A DEADLINE: 2021-07-23



“A+CO” ASC şirkəti “SƏTƏM üzrə mütəxəssis” vəzifəsi üzrə işçi axtarışı elan edir.

Tələblər:

• Ali təhsil (Texniki və mühəndislik ixtisaslarına üstünlük verilir);
• SƏTƏM sahəsində minimum 2 il iş təcrübəsi. İstehsalat sahəsində iş təcrübəsi üstünlükdür;
• İstehsalat texnologiyasının əsaslarını yaxından bilməlidir;
• SƏTƏM-ə aid yerli qanunvericiliyin tələblərini bilməlidir;
• Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
• Dil bilikləri Azərbaycan dili , Rus dili (ingilis dili arzuolunandır;)
• İrəli səviyyədə MS Office bilikləri;
• SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması.

QEYD: İOSH / NEBOSH kimi beynəlxalq sertifikatlar əlavə üstünlükdür.

Vəzifə öhdəlikləri:

• İş prosesində yarana biləcək təhlükəli iş şəraitinin qarşısının alınması məqsədi ilə müvafiq təhlükəsizlik tədbirlərin həyata keçirilməsi, təhlükəsizlik prinsiplərini və texnologiyalarını tətbiq edərək səhhətin, əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması üzrə prosedura və qaydalarının hazırlanması və proqramlarının planlalaşdırılması, həyata keçirilməsi və təhlükəsizlik işlərinin koordinasiya edilməsini təmin edilməsi ;
• İş şəraiti, avadanlıqlar, işin təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunun təmin edilməsi məqsədi ilə mütamadi yoxlamalar və ya qiymətləndirilmələrin aparılması;
• Təlimatların keçirilməsi və jurnallarının imzalanmasına nəzarət edilməsi ;
• Əməyin mühafizəsinə dair İllik Tədbirlər planının yerinə yetirilməsinə nəzarət edilməsi ;
• İşçilərin şikayət və təkliflərinin qeydiyyatını aparmaq və tabe olduğu şəxsə təqdim edilməsi;
• Yarana biləcək iş qəzalarının təhlili üçün lazımi məlumatları toplamaq və emal edilməsi ;
• Əməyin mühafizəsinə dair illik tədbirlər planı hazırlanması və razılaşdırılması
• İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini araşdırmaq və bu kimi hallar olduğu təqdirdə iş prosesinin saxlatdırılması ilə bağlı tədbirlər planın hazırlanması və icrasını təmin edilməsi ;
• Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış edilməsi ;
• Rəhbərliyin verdiyi aidiyyatı tapşırıqların yerinə yetirilməsi və hesabatların mütamadi olaraq təqdim edilməsi ;

İş şəraiti:

• İş yeri: Xırdalan şəhəri
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar Şirkət tərəfindən təmin olunur ;
• Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq ;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “SƏTƏM üzrə mütəxəssis” yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP