Telemarketinq üzrə təcrübə proqramı
 
JOB TITLE: Telemarketinq üzrə təcrübə proqramı
EMPLOYER: Ferrum Capital DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-24 LAST UPDATED: N/A DEADLINE: 2021-07-24

Telemarketinq üzrə təcrübə proqramı

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Telemarketinq üzrə təcrübə proqramı elan edir. Təcrübə proqramı 2 aylıq nəzərdə tutulub və ödənişlidir. Təcrübə müddətinin sonunda nəticəsi yüksək olan təcrübəçilər kiçik mütəxəssis kimi işə qəbul ediləcəkdir.

Vəzifə öhdəlikləri:

• Müştərilərə şirkət məhsulları barədə məlumat verilməsi ilə bağlı zənglər etmək
• Şirkət məhsullarının zəng vasitəsilə satışını həyata keçirmək
• Müştərilər tərəfindən şirkət məhsulları ilə bağlı daxil olan müraciətləri cavablandırmaq və qeydiyyatını aparmaq

Namizəddə tələblər:

• 21 - 26 yaş
• Azərbaycan dilini əla səviyyədə bilmək
• Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
• Səlis və aydın nitq qabiliyyəti
• MS Office proqramları bilikləri

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Telemarketinq üzrə təcrübəçi” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP