Korporativ satış üzrə təcrübəçi
 
JOB TITLE: Korporativ satış üzrə təcrübəçi
EMPLOYER: Ferrum Capital DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-24 LAST UPDATED: N/A DEADLINE: 2021-07-24

Korporativ satış üzrə təcrübə proqramı

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Satış üzrə sonuncu kurs tələbələri və yeni məzunlar üçün təcrübə proqramı elan edir. Öz karyera arzularınızı reallaşdırmaq, yeni təcrübə və biliklər qazanmaq istəyirsinizsə Ferrum Capital QSC sizin üçün ən doğru seçimdir.

Təcrübə proqramı hansı fəaliyyətləri əhatə edəcək?

- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
- Məhsul və xidmətlər haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək

Tələblər:

- Özündə yeni bilik və bacarıqları inkişaf etdirmək istəyi olan həvəsli gənclər
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma bacarığı

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Korporativ satış üzrə təcrübəçi” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP