Satınalma üzrə kiçik mütəxəssis
 
JOB TITLE: Satınalma üzrə kiçik mütəxəssis
EMPLOYER: A+Co ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-24 LAST UPDATED: N/A DEADLINE: 2021-07-24

“A+CO” ASC şirkəti “Satınalma üzrə kiçik mütəxəssis” vəzifəsi üzrə işçi axtarışı elan edir.

Tələblər:

• Ali təhsil;
• Göstərilən vəzifə üzrə ən azı 1 illik iş təcrübəsi;
• Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
• Dili bilikləri : Azərbaycan dili, Rus dili. ( İngilis dili bilikləri əlavə üstünlükdür);
• Yaxşı səviyədə MS Office bilikləri;
• Komanda ilə işləmə bacarığı

Vəzifə öhdəlikləri:

• Xarici Satınalma və Logistika ilə bağlı gündəlik yazışmaların aparılması və gələn sifarişlərin yerinə yetirilməsi;
• Təchizatçılarla ünsiyyətin qurulması və iş birliyinin aparılması;
• Təchizat sonrası əməliyyatları, çatdırılma və ödəmə proseslərin izlənilməsi;
• Satınalma ilə bağlı sənədlərin, təqdimatların, hesabatların hazırlanması;
• Gündəlik nəticələr haqqında hesabatları hazırlamaq və birbaşa rəhbərinə təqdim edilməsi;
• Əməliyyatların qeydiyyatının aparılması;
• Tabe olduğu rəhbərliyi tərəfindən verilən tapşırıqların vaxtlı-vaxtında icrasının təşkili və təmin edilməsi

İş şəraiti:

• İş yeri: Xırdalan şəhəri
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar Şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə kiçik mütəxəssis” yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP