Satınalma üzrə mütəxəssis
 
JOB TITLE: Satınalma üzrə mütəxəssis
EMPLOYER: Crocus Construction DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-24 LAST UPDATED: N/A DEADLINE: 2021-07-24

“Crocus Construction” MMC Satınalma üzrə mütəxəssis vakansiyasını elan edir:

Vəzifə öhdəlikləri:

- Şirkətin bütün təchizat üzrə sifarişlərinin təmin edilməsinə nəzarət etmək;
- Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
- “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq tender,təklif sorğularının keçirilməsini təşkil etmək;
- Qiymət Sorğusu/Tenderin keçirilməsi üzrə müvafiq qanunvericiliyin və daxili qaydalara uyğun olaraq məhsul və xidmətlərin satınalınması üzrə qiymət sorğusu/tenderlərin elan olunmasını, prosesin idarəolunması, təkliflərin təhlil edilərək ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
- Müqavilələrin bağlanılması və müqavilə şərtlərinin icrasını nəzarətdə saxlamaq;
- Gömrük rəsmiləşdirilməsini həyata keçirmək (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün tələb olunan bütün sənədləri paketinin broker şirkətinə təqdim etmək);
- Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
- Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər:

- Ali təhsil;
- Müvafiq sahə üzrə 3 ildən 5 ilə qədər iş təcrübə;
- Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan və rus sərbəst danışmaq və yazmaq qabiliyyəti;
- Güclü kommunikasiya və prezentasiya bacarıqları;
- Məsuliyyətli, diqqətli, idarəçilik, müstəqil qərar vermək və ünsiyyət qurmaq qabiliyyəti olmalıdır;

İş yeri:

- Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

İş vaxtı: I-VI günlər, 09:00-18:00, şənbə gün qısa iş günü

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər:

E-mail: recruitment@seabreeze.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP