Direktor köməkçisi
 
JOB TITLE: Direktor köməkçisi
EMPLOYER: Alyans Tekstil DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-24 LAST UPDATED: N/A DEADLINE: 2021-07-24

Alyans Tekstil LLC

Vakansiya: Direktor köməkçisi

İş barədə məlumat:

- Direktorun tapşırığı əsasında sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
- Direktorun iştirak edəcəyi iclaslarının, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması;
- Keçirilmiş iclasların / görüşlərin protokolların hazırlanması, qeydiyyatının aparılması və qısa zamanda müvafiq şəxslərə göndərməsini təmin etməli;
- Direktorun qonaqlarının qəbul edilməsi;
- Daxil olan telefon zənglərinin cavablandırılması və adiyyatı üzrə yönləndirilməsi;
- Daxil olan hesabatların toplanması, nəzərdən keçirilməsi və birbaşa rəhbərə təqdim edilməsi;
- Direktorun ölkədaxili və ölkəxarici ezamiyyətləri ilə bağlı məsələlərin vaxtı vaxtında həll edilməsi;
- Direktorun imzasına daxil olan sənədlərin qəbul edilməsi;
- Direktorun tapşırığına əsasən məktublar, sorğular və digər sənədlərin hazırlanması;
- İş yerinin zəruri texniki vasitələr və dəftərxana ləvazimatı ilə təmin edilməsinə nəzarət edilməsi;
- Direktorun tapşırıqlarına əsasən iş üçün zəruri olan materialların çap edilməsi və məlumat bazasına daxil edilməsi;
- Baş direktorun tərəfindən tapşırılan müvafiq vəzifələrin yerinə yetirilməsi.
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Davamlı karyera imkanı;
- Qanunvericiliyə uyğun sənədləşmə və həftə sonları istirahət imkanı

Əlavə məlumatlar :- Əmək haqqı razılaşma əsasında;

- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhərində yerləşir.

Namizəd üçün tələblər

- Bizim üçün ideal namizəd :- Ali təhsilli (hüquq, maliyyə);
- Analoji sahədə ən az 2 il iş təcrübəsi olan;
- Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olandır.O cümlədən :- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı;
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilməli;
- İşgüzar, məsuliyyətli və yüksək davranış keyfiyyətlərinə malik olmalı;
- Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə həm şifahi, həm də yazılı bilməlidir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Direktor köməkçisi” yazaraq, 22.07.2021 - ci il tarixinədək sevda.nazarova@alyans.az ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP