Satış üzrə köməkçi / məsləhətçi
 
JOB TITLE: Satış üzrə köməkçi / məsləhətçi
EMPLOYER: Novas Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-24 LAST UPDATED: N/A DEADLINE: 2021-07-24

Novas Home”mağazalar şəbəkəsi mövsümi, səyəhət, dəsmal-tekstil, elektrikli mətbəxalətləri, təmizlik vasitələri, uşaqaləmi, bağ-bağçaalətləri, mətbəx əşyaları, suvenir-dekor, idman ləvazimatları, elektron-digital avadanlıqlar, avtomobil aksesuarları daxil 19 kateqoriyaya aid 22000 çox müxtəlif çeşid məhsulların pərakəndə satışını həyata keçirir. Hazırda 22 filial fəaliyyət göstərir.
Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Novas Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

Satış üzrə köməkçi / məsləhətçi

Vəzifə öhdəlikləri

• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək;
• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı və doğru məlumat vermək;
• Mağazaya daxil olan məhsulların qəbulunda iştirak etmək, satışa hazırlamaq;
• Məhsulları standartlara uyğun rəflərə yığılmasına, qiymət etiketlərinə, bölmələrə nəzarət;
• Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək;
• Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək.

Namizədə dair tələblər

• Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
• Satış qabiliyyəti olmalı.

İş şəraiti

• 6 günlük növbəli iş qrafiki;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Şirkət daxili təlim və inkişaf imkanları;
• Karyera yüksəlişi imkanı;
• Əmək haqqı: 343 Azn ( gross ) + mükafat/bonus;
• Ayna Sultanova, Elmlər, 28 May, Əhmədli, Günəşli, Xırdalan, ərazilərində işləyə bilənlərə üstünlük veriləcək.

Vakansiyaya müraciət üçün CV-ləri “Satış köməkçi / məsləhətçisi” mövzusu ilə hr@novashome.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP