Direktor Assistenti
 
JOB TITLE: Direktor Assistenti
EMPLOYER: İnci Group of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-25 LAST UPDATED: N/A DEADLINE: 2021-07-25

Şirkət haqqında : 1995-cü ildə fəaliyyətə başlayan “İnci Group of Companies” MMC əsas fəaliyyətini satış və distributor şirkəti kimi davam etdirir. Topdan və pərakəndə satış üzrə şirkətin Bakı şəhəri və regionlarda dağıtım anbarları və satış komandaları vardır.

Vəzifənin adı : Direktor Assistenti

Namizədə dair tələblər:

- Ali təhsilli, Xanım Namizədlər;
- Səliqəli xarici görünüş, nəzakətli danışıq , intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Rus dilini səlis bilmək mütləqdir;
- Kompüter istifadə etmək bacarığı (Outlook, MS Word), MS Excel proqramını mükəmməl bilməli;
- Güclü təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı;
- Vəzifələrin icrası üçün çalışqan olmaq;
- Komanda daxilində işləmək istəyi və bacarığı;
- Çox sayda tapşırıqları idarə etmək (məktublaşma bacarığı);
- Yaş : 25-35;

İş barədə məlumat:

- Rəhbərin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrasına nəzarət;
- Kargüzarlıq, müqavilələrin hazırlanması və ofis daxili işlər;
- Görüşlərin təşkili;
- Direktorun gündəliyinin tutulması, İclasların təşkili və iclas protokolunun tərtib edilməsi;
- Email və telefon cavablandırılması;
- Rəhbərliyin digər göstərişlərinin cavablandırılması;
- Nahar şirkət tərəfində təmin olunur;
- İş qrafiki : 5 gün (09:00-18:00)
- İş yeri : Bakı şəhəri Məhəllə 2074-2077, Köndələn küç 10, (Ulduz metrosu yaxınlığında)
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;

Əmək haqqı müsahibə əsasında razılaşdırılacaq və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı - vusala.racabova@inci.az emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP