Təchizat sektorunun mütəxəssisi
 
JOB TITLE: Təchizat sektorunun mütəxəssisi
EMPLOYER: AzerGold CJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-25 LAST UPDATED: N/A DEADLINE: 2021-07-25



Şirkət haqqında:

AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Vakansiyanın adı: Təchizat sektorunun mütəxəssisi

• Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılmasını və təhlilini təşkil etmək;
• Tədarükçü bazasının formalaşdırılması və mütəmadi olaraq yenilənməsi təşkil etmək;
• “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, satınalmaların keçirilməsi prosesini təşkil etmək;
• Satınalmalar üzrə ehtimal olunan qiymətin formalaşdırılması istiqamətində zəruri işlər görmək;
• Tələblər əsasında potensial mal, iş və ya xidmət təchizatçılarının araşdırmasını təmin etmək;
• Sənəd dövriyyəsinin düzgün və operativ təşkilini həyata keçirmək;
• Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Dövlət Satınalmalar üzrə müvafiq İcra Hakimiyyəti orqanının göstərişləri, qərarları və təlimatlarının tələblərini.
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük.
• Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (arzuolunandır), Microsoft Office və 1C 8.3 proqramlarıni bilməli.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahə üzrə ali təhsil.
• Təchizat sahəsi üzrə minimum 1 il iş təcrübəsinin olması tələb olunur.

Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP