Kassir
 
JOB TITLE: Kassir
EMPLOYER: Santral Elektrik LTD DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-25 LAST UPDATED: N/A DEADLINE: 2021-07-25

Santral Elektrik LTD - Fəaliyyət dairəsini daima genişləndirərək dünyanın ən tanınmış şirkətləri ilə işgüzar əlaqələr yaradılmaqla yanaşı, bu şirkətlərin məhsullarını müştərilərə yüksək səviyyədə təqdim edə biləcək peşəkar mütəxəssisləri özünə cəlb edilir.

Hal-hazırda “Santral Elektrik LTD”da yeni vakansiya mövcuddur:

Vəzifə: Kassir

Vəzifə öhdəlikləri:

• Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərini qəbul etmək
• Ödənilən vəsaitləri yoxlamaq və düzgün qaydada əməliyyatı həyata keçirmək
• Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək
• Kassadan keçən bütün pul vəsaitləri, sənədləri və qiymətləri izləyir, nəzarətdə saxlaymaq və hesabatını aparmaq
• Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək
• Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönəltmək
• Yaranan problemlərlə bağlı mağaza rəhbərliyinə müraciət etmək

Namizəd üçün tələblər:

• İqtisadi təhsil (arzuolunandır)
• 20-35 yaş
• Xarici dil bilikləri: Rus dili (arzuolunandır)
• Kassir kimi ən azı 1 il təcrübə
• Komandada işləmək bacarığı
• Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilmək
• 1C, Microsoft Office programları (arzuolunandır)

- İş qrafiki: Növbəli (2 gün iş 2 gün ev (ayda 15 gün iş))
- İş saatı: 09:00-dan 20:00-dək
- Əmək haqqı: 400 AZN + motivasiya alətləri;
- Şirkət tərəfindən nahar.

CV-lərinizi cv@santral.az ünvanına "Kassir" başlığı ilə göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP