Regional menecer/ Filial müdiri/ Qrup Rəhbəri
 
JOB TITLE: Regional menecer/ Filial müdiri/ Qrup Rəhbəri
EMPLOYER: International BOKT DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-29 LAST UPDATED: N/A DEADLINE: 2021-07-29

İş barədə məlumat

Regional menecer, Filial müdiri və Qrup Rəhbəri

İş vaxtı 9:00-dan 18:00-a dək.

INTERNATIONAL BOKT (Bank Olmayan Kredit Təşkilatı) QSC Gəncə şəhəri və Gəncə ətrafı rayonlar üzrə yerləşən filiallar üçün REGİONAL MENECER, FİLİAL MÜDİRİ VƏ QRUP RƏHBƏRİ vəzifəsinə işçi axtarışı elan edir.

Əmək haqqı 2000 AZN + motivasiya

Əsas vəzifə və öhdəliklər:

• Filialın işçi heyətinin idarə olunması;
• Filial əməkdaşlarının peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
• Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
• Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onlar ücün nəzərdə tutulan və ya vermiş olduqlari kreditlərə nəzarət etmək;
• Filiallar tərəfindən təqdim olunmuş hesabatları təhlil etmək və yekunlaşdırmaq;
• Filialların müstəqil sənəd işləmə limitindən artıq olan kreditlər üçün yerdə baxış və təhlil prosesini həyata keçirmək;
• Öz səlahiyyətləri daxilində kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
• Filiallarda kreditvermə prosesində iştirak edən işçilərə zəruri təlimlər keçmək;

Tələblər:

• Lombard və Avto kredit portfeli olan namizədlərə üstünlük veriləcək.
• Bank sektorunda müvafiq vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Analitik düşüncə qabiliyyəti;
• İdarəetmə və liderlik qabiliyyəti;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini vakansiya@icu.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını qeyd etməklə göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP