Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis
 
JOB TITLE: Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis
EMPLOYER: AS Group Investment LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-29 LAST UPDATED: N/A DEADLINE: 2021-07-29

Vəzifə: Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis

Vəzifə öhdəlikləri:

• İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək;
İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;
• İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etmək;
• Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək;
• Yeni işə qəbul edilmiş əməkdaşlara giriş təlimatı vermək;
• Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etmək;
• Müvafiq təlimatların hazırlanması üçün istehsal xidmətlərinə tövsiyyələr vermək;
• İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
• Mövcud forma və qaydalara uyğun olaraq, faəliyyəti ilə bağlı hesabatlılığın təşkili;
• Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına nəzarət etmək;
• Əməyin mühafizəsi ilə bağlı bütün istehsalat faktorlarının qrafik üzrə ölçülməsini aparmaq;
• Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə nəzarət etmək;
• Müəssisənin struktur bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını, həmçinin müvafiq informasiya lövhələrinin quraşdırılmasını təşkil etmək;
• Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
• İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasını təmin etmək;
• Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini, qoruyucu və mühafizə vasitələrinin vəziyyətini, xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasını və verilməsini nəzarətdə saxlamaq;
• Xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış büdcənin səmərəli istifadəsi üçün təkliflər vermək.

Tələblər:

• Ali texniki təhsil;
• Müvafiq dövlət qurumları tərəfindən verilmiş sertifikat;
• Sahə üzrə ən azı 3 illik iş təcrübəsi;
• Sahə üzrə yerli və beynəlxalq standartları əla səviyyədə bilmək;
• Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyyəti;
• Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
• Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə Rus və İngilis dili bilikləri;
• MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı.

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “ƏM və TT üzrə Mühəndis”, qeyd etməklə CV formalarını hr@asgroup.az e-mail ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP