Təlim və İnkişaf üzrə aparıcı mütəxəssis
 
JOB TITLE: Təlim və İnkişaf üzrə aparıcı mütəxəssis
EMPLOYER: AVT Logistics DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-29 LAST UPDATED: N/A DEADLINE: 2021-07-29

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 16.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2022-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Təlim və İnkişaf üzrə aparıcı mütəxəssis
İş yeri: Bakı şəhəri
Təhsil: Ali təhsil (İqtisadiyyat,Psixologiya,Sosiologiya,Menecment,MBA təhsili üstünlükdür)
Təcrübə: İR üzrə minimum 3-5 il
Yaş həddi: 25-33

Vəzifənin təsviri:

Təlimlərin, inkişaf yönümlü tədbirlərin təşkilini reallaşdırır və fəaliyyətlərin səmərəliliyinin yoxlanılmasına, karyera və inkişaf yönümlü layihələrin təşkili və gedişatına dəstək olur.

Vəzifə öhdəlikləri:

- Təlim ehtiyaclarının araşdırılması prosesində iştirak etmək;
- Təlim ehtiyac blanklarını(TEB) tərtib etmək;
- Təlim şirkətləri ilə görüşlər,təlim üçün qiymət təklifi almaq;
- Təlim zamanı davamiyyətin təqib olunamasını təmin etmək;
- Tərəfdaş şirkətlərin araşdırılması;
- Təlim planının hazırlanması prosesində iştirak etmək;
- Təlimlərin hazırlanması və tədris edilməsi;
- Kritik vəzifələr və davamçı proqramınını təşkil və təqib etmək;
- Yeni işə qəbul olunan əməkdaşlara orientasiya təlimi keçmək;
- Təlim və inkişaf fəaliyyətləri üzrə mütəmadi hesabatlar hazırlamaq, təhlillər həyata keçirməkdə dəstək olmaq;
- Təlimlərin həyata keçirilməsi və təkmilləşdirilməsinin monitorinqinin aparılmasına dəstək olmaq və bunlarla əlaqədar lazımi fəaliyyətləri göstərmək;
- Öhdəliyinə verilmiş təlimlərin təşkili və təhlili işlərinin reallaşmasına dəstək olmaq;
- Əlavə korporativ fəaliyyətlər.

Tələblər:

- Yaxşı ünsiyyət qurma bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Azərbaycan,Rus və İngilis dili əla səviyyədə;
- MS Office proqramları biliyi;(MS Power Point Əla səviyyədə)
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli və detallara qarşı diqqətlilik;
- Təlim,öyrənmə və inkişaf sahəsində nəzəri və praktiki biliklər.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi;
- 5 günlük iş qrafiki.

Müraciət qaydaları: CV-nizi cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Təlim və İnkişaf üzrə aparıcı mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP