Bölgə müdiri
 
JOB TITLE: Bölgə müdiri
EMPLOYER: Zeytun Pharmaceuticals DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-30 LAST UPDATED: N/A DEADLINE: 2021-07-30

“Zeytun Pharmaceuticals” şirkəti “Bölgə müdiri” axtarışındadır.

Vəzifə funksiyaları:

- Tabeçiliyində olan satış müvəkilləri ilə mütəmadi əlaqə saxlanılması, tapşırıqların icrasına nəzarət edilməsi, aylıq planın analiz edilməsi;
- “Zeytun Pharmaceuticals” MMC aptek şəbəkəsinə aid olan apteklərin potensialının müəyyənləşdirilməsi və tələbata uyğun müvafiq tədbir görülməsi;
- “Zeytun Pharmaceuticals” MMC apteklər şəbəkəsinə aid olmayan digər apteklərin şirkətlə əməkdaşlığa dəvət edilməsi;
- Ehtiyac olduğu təqdirdə bölgəyə əlavə məhsul göndərişinin ünvanlanmasının təmin edilməsi, zərurət yarandığı halda bölgə üzrə bir neçə şatış müvəkkilinin təyin edilməsi;
- Şirkətin çalışdığı aptek rəhbərləri ilə mütəmadi əlaqə yaradılması, problem yarandığı təqdirdə müvafiq qaydada həll edilməsi;
- Hər ay sonu kreditor müştərilərlə üzləşmə aktının tərtib ediməsi;
- Hər ayın əvvəlində satış müvəkkilləri ilə ümumi iclas təyin edərək ötən ayın satışları üzrə hesabatların müqayisə edilməsi;
- Satış müvəkkillərinə həvalə olunmuş avtomabillərin işlək və zədəsiz şəkildə saxlanılmasına nəzarət edilməsi.

Tələblər:

- Əczaçılıq sahəsində Ali təhsil
- Satış və çatdırılma sahəsində 5 ildən artıq iş təcrübəsi
- Microsoft Office və 1C proqramlarından sərbəst istifadə bacarığı
- Sürücülük vəsiqəsi
- Satış qabiliyyəti
- Müştərilərlə ünsiyyət qurmaq, idarəçilik, tabeçiliyində olan satış müvəkkilləri ilə komanda şəklində işləmə bacarığı.

İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C

Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə vakansiyanın adını qeyd etməklə hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP