Kadr inzibatçılığı üzrə Koordinator
 
JOB TITLE: Kadr inzibatçılığı üzrə Koordinator
EMPLOYER: Para BOKT DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-06-30 LAST UPDATED: N/A DEADLINE: 2021-07-30

İnsan Resurslarının İdarə edilməsi Departamentinə kadr inzibatçılığı üzrə Koordinator

Əmək haqqı razılaşma yolu ilə.

İş günləri 1-6-cı günlər bazar günü – istirahət.

Tələblər:

o Humanitar və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
o Portalla işləmək;
o Tabelin və əmrlərin hazırlanması;
o Azərbaycan Respublikasının müvafiq qanunlarını,Əmək Məcəlləsini,Mərkəzi Bankın təlimatlarını bilməsi;
o İnsan Resursları işinin idarəolunması üzrə bacarıqlara malik olması;
o Bu sahədə bütövlükdə minimum 3 illik təcrübəyə malik olması;
o Departament işlərini planlaşdırma bacarığına malik olması;
o Mc Office proqramları üzrə biliklər (Xüsusilə Word,Excell,Outlook)

Vəzifə öhdəlikləri:

• İşçilərin vəzifə təlimatları və əmək müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasına nəzarət;
• İşçinin peşəkar hazırlıq səviyyəsinə uyğun qiymətləndirməni həyata keçirmək;
• Qiymətləndirmə formalarına və xüsusiyyətlərinə uyğun qiymətləndirmə aparmaq;
• Müəyyən dövr üzrə işçinin işgüzarlıq fəaliyyətini müəyən etmək;
• Təlim vəsaitlərinə uyğun işçilərin təlimlərdə iştirak etməsini həyata keçirmək;
• İşçilərin maddi və mənəvi qiymətləndirilməsi sisteminin həyata keçirilməsində iştirak etmək;
• Daxili təlimin keçirilməsilə bağlı təlim planının hazırlanması;
• Daxili attestasiyanın keçirilməsi işinin təşkil edilməsi;
• Səmərəli fəaliyyət göstərməyə mane olan çətinliklərin, problemlərin müəyyən etmək və onların aradan qaldırılması məqsədilə tədbirləri həyata keçirmək;
• Boktun tələbinə uyğun işə götürmə meyarlarının müəyyən olunması;
• Potensial namizədləri müəyyənləşdirmək məqsədilə daxili işçi heyətinin qiymətləndirilməsi, əmək bazarının və işə götürmə agentlikləri ilə əlaqələrin yaradılması;
• Təşkilat ücün potensial namizədlərə ən yaxşı iş yeri kimi tanıtmaq və təbliğ etmə tədbirlərinin hazırlanması və icrası;
• İşçilərin həvəsləndirməsinə təkliflər verib icrasında iştirak etmək;
• İR idarə edilməsilə əlaqədar məlumatların effektiv və dəqiq təmin və təhlilinə, başqa biznes sistemləri və prosesləri ilə vəhdətin təşkil etməsinə nail olmaq;
• Departament daxili hesabatın verilməsi

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Koordinator" başlığı ilə vakansiya@parabokt.az elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP