Sementovoz sürücüsü (Qoşqulu avtomobil)
 
JOB TITLE: Sementovoz sürücüsü (Qoşqulu avtomobil)
EMPLOYER: MSDIS Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-01 LAST UPDATED: N/A DEADLINE: 2021-07-31

MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.

Şirkət: MSDIS Holding
Vakansiyanın adı: Sementovoz sürücüsü (Qoşqulu avtomobil)

İş barədə məlumat:

• Qoşqulu avtomobillərin idarə edilməsi;
• Yol hərəkəti və texniki istismar qaydalarına riayət edilməsi;
• Avtomobilini və qarajın təmiz saxlanılması;
• Avtomobilinin saz vəziyyətdə qalmasının təmin edilməsi;
• Hər iş günü işə başlanmazdan əvvəl tibbi müayinədən keçilməsi;
• Danışıq və etika qaydalarına riayət edilməsi

Namizədə tələblər:

• Yaş: 25-55
• Kateqoriya: E
• Qoşqulu maşınları idarə etmək bacarığı və təcrübəsi
• Məsuliyyət, diqqət, dürüstlük
• Nəzakətlilik, komandada işləmə bacarığı
• Xidmət standartları, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına əməl olunması

İş şəraiti:

• İş qrafiki: 6 günlük
• Əmək haqqı: 900 AZN (Net)
• İş yeri: Abşeron rayonu, At Yalı qəsəbəsi
• Əlaqə nömrəsi: 051-201-21-18, 051-201-21-97

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Sementovoz sürücüsü" qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP