Qoşqulu manipulyator sürücüsü (tikinti)
 
JOB TITLE: Qoşqulu manipulyator sürücüsü (tikinti)
EMPLOYER: MSDIS Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-01 LAST UPDATED: N/A DEADLINE: 2021-07-31

MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.

Şirkət: MSDIS Holding
Vakansiyanın adı: Qoşqulu manipulyator sürücüsü (tikinti)

Vəzifə öhdəlikləri:

• Yol hərəkəti və texniki istismar qaydalarına riayət edilməsi;
• Manipulyatordan həm qapalı, həm də açıq məkanda effektiv istifadə bacarığı
• İşə başlanmazdan əvvəl yol vərəqəsinin tamlığının və düzgünlüyünün nəzərdən keçirilməsi və yalnız tam və düzgün olan yol vərəqələri ilə qarajdan çıxılması;
• İşə başlanmazdan əvvəl maşınının texniki vəziyyətinin nəzərdən keçirilməsi;
• Zavoda qayıtdıqda avtomobili ona aid edilmiş yerdə saxlanılması və istismar vaxtı yaranan nasazlığın aradan qaldırılması;
• Avtomobilinin gündəlik baxışdan keçirilməsi və onların texniki baxışa hazırlanması;
• Avtomobilinin yüklənmə və yükboşaltma yerlərinə düzgün verilməsi qaydalarına riayət edilməsi;
• Avtomobilinin yanacaqla və lazımi ehtiyat hissələri ilə təmin edilməsinin tələb edilməsi;
• Avtomobilini və qarajın təmiz saxlanılması;
• Avtomobilinin saz vəziyyətdə qalmasının təmin edilməsi;
• Hər iş günü işə başlanmazdan əvvəl tibbi müayinədən keçilməsi;
• Danışıq və etika qaydalarına riayət edilməsi;

Tələblər:

• Yaş həddi: 25-55
• Sürücülük vəsiqəsi (E)
• Minimum 2 il iş təcrübəsi

İş şəraiti:

• İş qrafiki: 6 günlük iş həftəsi;
• Əmək haqqı: Müsahibə əsasında təyin olunur (Rayon reyslərində + ezamiyyə pulu);
• ARƏM əsasən işə qəbul;
• İş yeri: Abşeron rayonu, At Yalı qəsəbəsi;
• Əlaqə nömrəsi: 051-201-21-18, 051-201-21-97;

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində "Qoşqulu manipulyator sürücüsü" qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP