İnşaat Mühəndisi
 
JOB TITLE: İnşaat Mühəndisi
EMPLOYER: Caspian Road DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-01 LAST UPDATED: N/A DEADLINE: 2021-07-31

Vəzifə: İnşaat Mühəndisi

Vəzifə öhdəlikləri

• Layihələrin tikinti qaydalarına uyğun tərtib olunub-olunmamasına texniki rəy vermək;
• Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına riayət etmək;
• Tikinti işlərinin tikinti normalarına, qaydalarına, normativlərinə riayət edilməsinə nəzarət etmək;
• Sahələrdə gedən tikinti subpodratçılardan işlərin təhvil alınmasına texniki rəy vermək;
• Tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət etmək;
• Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsini təmin etmək;
• Normativ sənədlərin tikinti prosesinə uyğun yazılması (Gizli aktlar, beton işləri jurnalı və s.);
• Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
• Vaxt qrafikini və müştərinin tələblərini müəyyən etmək;
• İşçi briqadalarının iş bölgülərini təyin etmək, onların istehsalat tapşırıqlarını vermək;

Tələb olunan göstəricilər:

• Ali təhsil;
• Sahə üzrə 3 illik iş təcrübəsi;
• Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək;
• AutoCAD proqramını bilmək arzuolunandır.
• Əla səviyyədə Azərbaycan dili, normal səviyyədə İngilis dili biliyi;
• MS Office proqramlarından yaxşı istifadə bacarığı.

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər CV formalarını hr@caspianroad.az e-mail ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP