Texniki Ofis Mühəndisi
 
JOB TITLE: Texniki Ofis Mühəndisi
EMPLOYER: Buta Construction DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-02 LAST UPDATED: N/A DEADLINE: 2021-08-01

“Buta Construction” Qapalı Səhmdar Cəmiyyəti aşağıdakı vakansiya üzrə namizəd axtarır:

Texniki Ofis Mühəndisi

Tələblər:

• Müvafiq sahədə ali təhsil; (Mülki inşaat,nəqliyyat tikintisi mühəndisliyi sahələri üzrə);
• Texniki şöbədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə;
• İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, AutoCAD,) ;
• Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmcinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilməli;
• Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilməli;
• Tikinti sahəsi üzrə normativ sənədlər və texnologiyalar üzrə müvafiq biliklərə malik olmaq;
• Müstəqil iş bacarığı,işində məsuliyyətlilik
• Ezamiyyətlərə hazırlıqlı olması
• Dil bilikləri: Azərbaycan və rus dilləri (yazılı və şifahi sərbəst ünsiyyət), İngilis dili (biliyi üstünlükdür);
• Yaxşı ünsiyyət qura bilmək bacarığı,analitik qabiliyyət;

Vəzifə öhdəlikləri:

• Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edir;
• Yol-inşaat Materialların, konstruksiyaların və məmulatların araşdırılmasını, bu istiqamətdə beynəlxalq əlaqələrin qurulması üzrə təkliflərin verilməsi;
• Materialların qəbul olunmasını və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edilməsi;
• Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət edilməsi;Vəzifə təlimatında göstərilmiş digər öhdəlikləri yerinə yetirilməsi.
• Tikinti sahəsi üzrə texniki sənədləşməniin əldə edilməsində iştirak etmək,obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması,layihələndirmə üzrə tapşırıqların tərtib edilməsi
• Layihə sənədlərinə,tikinti norma və qaydalarına,texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi.
• Layihə üzrə görulən işlərin iş planının hazırlanması,layihə işləri üzrə tapşırıqların icrası haqqında hesabatların tərtib edilməsi.
• Tikinti sahəsi üzrə Forma 2, Forma 3 və Forma M-29 tərtibatı
• Tikintisi başa çatmış sahələr üzrə xərclərin silinməsi üçün mühasibatlığa lazımı sənədlərin təqdim edilməsi.
• Qiymətləndirmə üçün hesabatların aparılması

CV üçün e-mail: hr@butaconstruction.az (Texniki Ofis Mühəndisi başlığı ilə göndərməniz xahiş olunur)

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP