İnteryer Dizayner
 
JOB TITLE: İnteryer Dizayner
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-22 LAST UPDATED: 2021-07-22 DEADLINE: 2021-08-21

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: İnteryer Dizayner

Zəruri tələblər:

• İnteryer dizayn sahəsində gördüyü işlərdən, renderlərdən, çertyojlardan ibarət portfolionun olması;
• İnteryer dizayn sahəsinde təhsilin olması;
• İnteryer dizayn sahəsində azı 3 il iş təcrübəsi;
• Autocad, 3dmax ve Photoshop proqramlarını interyer dizaynerə lazım olacaq seviyyədə bilmək;
• Mebel chertyojları çəkə bilmək.

Vəzifələr:

• Mağazaların interyer dizaynını işləmək;
• Təmir plani və mebellərin istehsal çertyojunu hazırlamaq;
• Layihənin realizasiyası və müəllif nəzarətini həyata keçirmək.

İş şəraiti:

• Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
• İş qrafiki: I-V günlər, 09:00 - 18:00
• Əmək haqqı razılaşma yolu ilə

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/kqm6b27z

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP