Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: AzerSphere DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-02 LAST UPDATED: N/A DEADLINE: 2021-08-01



Mühasib

İşçiyə qoyulan tələblər:

• Cinsi: Qadın (25-35 yaş)
• MS Office və 1C (mütləq) (Управление Торговлей 11.4, Комплексная автоматизация 2.4, ERP 2 (üç proqramdan birini))
• Elektron hökümətdə gömrük, sosial və vergi əməliyyatlarının aparılmasını bilməlidir.
• Azərbaycan və Rus dillərini səlist bilmək, İngilis dili arzuolunandı.
• İqtisadiyyat və mühasibat sahəsində ali təhsil;
• Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
• Vergi və Əmək Məcəlləsi üzrə biliklərə sahib olmalıdır;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı.
• İxrac fəaliyyəti olan şirkətlərdə təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Vəzifə öhdəlikləri:

• Daxil olan və çıxan pul vəsaitinin uçotunu, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini təşkil etmək və nəzarət etmək;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
• Mühasibat əməliyyatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təşkil etmək və nəzarət etmək;
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək;
• Maliyyə direktorunun və rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi.

İş şərtləri:

• Stabil iş
• AR ƏM əsasən rəsmiləşdirmə
• Əmək haqqı 600 AZN
• İş vaxtı: 09.00 – 18.00 (I-V günlər), VI-cı gün 14:00 kimi.

Maraqlananlar öz CV formalarını hr@azersphere.com ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “Kiçik mühasib” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP