Memar dizayner köməkçisi
 
JOB TITLE: Memar dizayner köməkçisi
EMPLOYER: ATİA DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-05 LAST UPDATED: 2021-07-06 DEADLINE: 2021-08-04

Vakansiya - Memar dizayner köməkçisi

*Layihələrin memarlıq və dizayn hissəsinin işlənib hazırlanmasını həyata keçirir.
*Seçilmiş dizayn üslubundan istifadə etməklə, qrafik dizayn ideyaları təqdim edir.
*Layihə-dizayn işlərinin seçilmiş dizayn üslubuna və dizayn ideyasına uyğun olaraq müəyyən edilmiş vaxtda icrasını təmin edir.
*Vizual dizayn konsepsiyası hazırlayarkən texniki cəhətdən mümkün olan, texniki şərtlərə cavab verən, qrafik dizaynlar hazırlayır və layihənin memarlıq, konstruksiya və digər hissələri ilə uyğunluğunu əsas götürürür.
*Layihənin hazırlanmış eksteryer və interyerinin 3D görünüşünün, tikinti başa çatdıqda real görünüşlə eyni olması üçün obyektin tikintisində müəllif nəzarətini yerinə yetirir, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət edir.

Tələblər:

• Müvafiq sahə üzrə iş təcrübəsinin olması
• Yaş həddi: 22-35
• Ali təhsil (İxtisası üzrə)
• AutoCAD.
• 3DS MAX.
• Adobe Photoshop.
• Müasir dizayn tendensiyaları üzrə biliklər.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV Ashraf@atia-az.az elektron ünvana təqdim edə bilərlər.

Şirkət Barədə Məlumat

Azərbaycan Tikinti İstehsalçılar Assosiasiyası” (ATİA) Komersiya Hüquqi Şəxslərin İttifaqının əsas məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən və Assosiasiyasının üzvləri olan tikinti şirkətlərinin inkişaf etməsinə köməklik göstərməklə ölkəmizdə tikinti sektorunun inkişafında, bu sahədə vahid standartların formalaşdırılmasında və sistemləşdirilməsində aktiv iştirak etmək, dövlət- özəl sektor tandemində tikinti şirkətlərinin fəaliyyətlərini əlaqələndirmək, habelə onların ümumi mənafelərini təmsil və müdafiə etmək, eyni zamanda tikinti şirkətlərinin vahid platformasını yaratmaq, tikinti şirkətləri arasında əməkdaşlıq əlaqələrinin effektiv qurulmasına və xidmətlərinin keyfiyyətini artırmaq, iştirakçılarının beynəlxalq tikinti bazarlarında fəaliyyətinə köməklik göstərmək, həmçinin milli tikinti sərgilərinin təşkilinin həyata keçirilməsində aktiv iştirak etməkdən ibarətdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP