İxracat satışı üzrə menecer/rəhbər
 
JOB TITLE: İxracat satışı üzrə menecer/rəhbər
EMPLOYER: Gilan Tekstil Park DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-05 LAST UPDATED: N/A DEADLINE: 2021-08-04

Giltex 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyətə başlayan Gilan Tekstil Park müəssisəsinin ticarət nişanıdır. Gilan Tekstil Parkında yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir. Müəssisənin bazasında Toxuma fabriki, Boyama fabriki, İplik və Tikiş fabriki fəaliyyət göstərməkdədir. Hal-hazırda Gilan Tekstil Parkında müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, otellər üçün dəsmallar istehsal edilməkdədir. İstehsalda insan sağlamlığına zərər verəcək heç bir kimyəvi maddələrdən istifadə edilmir. Bütün məhsullar Avropa standartlarina tam uyğundur.

VAKANSİYA: İxracat satışı üzrə menecer/rəhbər

DEPARTAMENT/ŞÖBƏ: Kommersiya Departamenti
ŞƏHƏR: Sumqayıt

VƏZİFƏ ÖHDƏLİKLƏRİ

• İxrac şöbəsinin işini təşkil etmək və nəzarət etmək.
• İstehsal edilən məhsulların ixracat satış mexanizminin hazırlanmasını və satışını təşkil etmək.
• Məhsullar haqqında maraq formalaşdırılmasını təşkil etmək
• Məhsulların ixracat satışını və məhsulların təyinat məntəqəsinə vaxtı-vaxtında çatdırılmasını nəzarət etmək
• Mövcud ixrac müstəriləri ilə əməkdaşlığını genişlənmək və xarici bazarlarda yeni müştəriləri axtarmaq.
• Hazır məhsul satışlarının payının ixrac satışlarında artırılmasını etmək
• Xarici bazarlarda olan əsas müştərilərlə effektiv iş qurmaq, potensial müştərilərlə əlaqələri genişləndirmək və inkşaf etdirmək.
• Xarici bazarlardakı müştərilərlə danışıqlarda iştirak etmək.
• Xarici bazarlarda marketinq araşdırması aparmaq.
• Şirkətin məhsullarının satışa çıxarılması strategiyasını hazırlamaq və həyata keçirmək.
• Debitor borcların yığılmasına nəzarət etmək.
• Qoyulan hədəfləri vaxtında yerinə yetirmək.
• Tabeçiliyində olan əməkdaşların işinə nəzarət etmək.
• Müştəri olan şirkətlərdən rəqiblər və qiymətlər haqqında informasiyalar almaq.
• Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatları əldə etmək və rəhbərliyə bildirmək.
• Müştəri ilə görüşmələr və təqdimatlar keçirmək.
• Müştəridən sifarişlərin qəbul olunması və sifarişləri mütəxəssisə ötürmək.
• Qiymətlər və endirim şərtlərini müəyyənləşdikdən sonra müştəriyə təklifi göndərmək.
• Müştəri ödəmələrini izləmək.
• Maliyyə sənədlərini müştəriyə göndərmək.

NAMİZƏDƏ TƏLƏBLƏR

• Ali təhsil və ya magistr dərəcəsi (bizness, menegment, və s.oxşar sahələr üzrə);
• Menecer üzrə 3 ildən az olmayan iş təcrübəsi;(Ixrac satışları üzrə mnimum 5 il təcrübəsi mütləqdir)
• Yüksək analitik düşünmə qabiliyyəti;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Azərbaycan, ingilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;

İŞ SAATI

• Həftə ərzində 5 günlük iş qrafiki.
• İş saatı: 09:00-18:00
• Nahar şirkət tərəfindən verilir.

CV-lərinizi hr@giltex.az ünvanına göndərməyiniz xahiş olunur.

QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP