Çağrı Mərkəzi Operatoru
 
JOB TITLE: Çağrı Mərkəzi Operatoru
EMPLOYER: Badamlı Mineral Sular Satış Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-06 LAST UPDATED: 2021-07-07 DEADLINE: 2021-08-01

“Badamlı” Mineral sular Satış mərkəzi Çağrı Mərkəzi Operatoru vakansiyasını açıq elan edir.

Bu 1947-ci ildən Azərbayan mineral sular istehsalında və satışında ilk və lider olan “Badamlı” şirkətinin gənc və dinamik komandasının üzvü olmaq istəyənlər üçün faydalı fürsətdir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, uyğun sahə üzrə təcrübəsi olan bütün namizədləri aktiv şəkildə böyüyən və inkişaf edən komandamıza qoşulmağa dəvət edirik!

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

• Ölkənin ilk su markası sayılan Badamlı şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
• Adekvat əmək haqqı
• Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi
• Davamlı karyera inkişafı
• Qanunvericiliyə uyğun sənədləşdirmə və bazar günləri istirahət imkanları

Bizim üçün ideal namizəd:

• Telefonda ünsiyyət və təqdimat bacarığı
• Fikrini aydın ifadə etmə və səlist danışıq qabiliyyəti
• Stressə davamlılıq və etirazlarlarla işləmə bacarığı
• Yüksək dərəcədə icraya meyillilik və komandada işləmə qabiliyyəti
• Azərbaycan və Rus dillərində səlist danışıq, İngilis dili arzu olunandır

Görəcəyiniz işlər:

• Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və müvafiq sistemdə qeydiyyatını aparmaq;
• Müraciətləri aidiyyatı bölmələrə yönəltmək və prosesin gedişatını nəzarətdə saxlamaq;
• Qeydiyyata alınmış müraciətlərin vaxtında həll olunmasını izləmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini etmək;
• Müvafiq çağırı mərkəzi proqramını nəzarətdə saxlamaq;
• İşin gedişatı haqqında rəhbərliyə hesabat vermək

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi karyera@badamli.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “Çağrı Mərkəzi Operatoru")

www.badamli.az
Bakı şəh., Nizami ray., Əlişir Nəvai 17 (Neft Emalı Zavodunun yaxınlığı)

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP