Müştəri əlaqələri üzrə aparıcı mütəxəssis
 
JOB TITLE: Müştəri əlaqələri üzrə aparıcı mütəxəssis
EMPLOYER: Azersun Holding DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-07 LAST UPDATED: N/A DEADLINE: 2021-08-06



AZƏRSUN HOLDİNQ

Vəzifə : Müştəri əlaqələri üzrə aparıcı mütəxəssis

Əsas tələblər:

• İqtisadi sahələrdə ali təhsilli olmalı;
• Logistika və daşımaçılıq sahəsində ən azı 3 illik təcrübəyə sahib olmalı;
• MC Office proqram paketini yaxşı səviyyədə bilməli;
• Yaxşı səviyyədə Rus dili biliyi, orta səviyyədə İngilis dili biliyi olmalıdır.

Vəzifə təlimatı:

• Nəqliyyat daşımaları üzrə potensial müştərilərin və şirkətlərin müəyyən edilərək görüşlərin keçirilməsi;
• Təşkilatın daşıma şərtlərinin müştərilərə çatdırılması, daşımalarla bağlı qiymətlərin şirkətlər və müştərilər ilə razılaşdırılması;
• Şirkətlərlə daşıma müqavilələrinin maddələrinin razılaşdırılaraq müqavilələrin bağlanması üçün bağlı olduğu direktorun təstiqinə təqdim edilməsi;
• Təstiq edilmiş müqavilələr üzrə daşımaların həyata keçrilməsinin təmin edilməsi;
• Dəmir yolu baş fraxteri ilə müqavilələrin nəzarətdə saxlanılması və işlərin təşkil edilməsi;
• Xəzər Dəniz Gəmiçiliyi idarəsi ilə müqavilələrin nəzarətdə saxlanılması;
• Bakı beynəlxalq limanı ilə müqavilə şərtləri çərçivəsində işlərin lojistikasının təşkil edilməsi.

Əlavə məlumat:

• Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Müştəri əlaqələri üzrə aparıcı mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP