Təchizat üzrə aparıcı mütəxəssis
 
JOB TITLE: Təchizat üzrə aparıcı mütəxəssis
EMPLOYER: AzMiCon MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-07 LAST UPDATED: N/A DEADLINE: 2021-08-06

Şirkət: “AzMiCon” MMC
Vəzifə: Təchizat üzrə aparıcı mütəxəssis

-Şöbələrdən daxil olan sifarişlər əsasında təchizat prosesinin şirkət prosedurlarına uyğun olaraq aparılmasının təşkili və izlənilməsi;
- Alış tələbnamələrinin düzgünlüyünün yoxlanılması və təsdiqi;
- Alış tələbnaməsi, təklif qiymətləndirilməsi, alış sifarişi (purchase order), müqavilə və digər təchizat sənədlərinin reyestrinin aparılmasına nəzarət;
- Yerli və xarici təchizatçılardan alınmış təkliflər əsasında hazırlanmış müqayisə cədvəllərinin/təkliflərin qiymətləndirilməsi və hesabatların yoxlanılması;
- Alış müqavilələrinin və sifariş tapşırıqlarının (Purchase Order) yoxlanılması;
- Daşıma və gömrük prosesinə nəzarət edilməsi;
- Tender və strateji alışların aparılmasının şirkət proseduruna uyğun olaraq həyata keçirilməsinə nəzarət;
- Sifarişlərin statuslarının izlənilməsi və vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilərək gecikmələrə yol verilməməsi;
- Digər şöbələr ilə koordinasiya edilərək ehtiyac proqnozlarının əldə edilməsi, material/xidmət ehtiyacının planlamasının hazırlanması və rəhbərliklə razılaşdırılması;
- Təchizat və anbar personalının iş bölgüsünün təşkili;
- Satınalmalar nəticəsində əldə edilmiş qənaətlərin rüblük hesabatının hazırlanması;
- Direktor və Təzhizat üzrə menecer tərəfindən tələb olunan hesabatların hazırlanması; Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılmasını və təhlilini təşkil etmək;
- Tədarükçü bazasının formalaşdırılması və mütəmadi olaraq yenilənməsi təşkil etmək;
- Satınalmalar üzrə ehtimal olunan qiymətin formalaşdırılması istiqamətində zəruri işlər görmək;
- Tələblər əsasında potensial mal, iş və ya xidmət təchizatçılarının araşdırmasını təmin etmək;
- Sənəd dövriyyəsinin düzgün və operativ təşkilini həyata keçirmək;
- Xarici ölkələrdən malların vaxtında alınması, ölkəyə çatdırılması, (yazışmaların və danışıqların aparılması) ;
- Tədarükçülərlə qiymət və digər texniki göstəricilər barəsində danışıqlar aparılması.
- Anbar prosesləri və sənədləşdirmələrinin düzgün aparılmasına nəzarət;
- Minimum anbar qalıqlarının hazırlanmasına nəzarət.

Tələblər :

- Vəzifə üzrə 5 illik iş təcrübəsi
- Azərbaycan, Rus və İngilis dili biliyi
- Liderlik qabiliyyəti, Yüksək ünsiyyət qurma qabiliyyəti (bəy namizədlərə üstünlük veriləckdir)
- Problemi sərbəst həll etmə qabiliyyəti (Hər zaman ezam olunmağa hazır olmalı)
- Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, 1C, və s.).

İş şərtləri:

- Həftə içi 5 gün : 09:00 - 17:00-dək (nahar vaxtı saat 13:00-14:00).
- Nəqliyyat və nahar şirkət tərəfindən təmin olunur.
- İstirahət günləri – şənbə və bazar günləri.
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
- İş yeri: Grand Park II, Şıxov qəsəbəsi, Salyan şossesi 12, AZ 1023.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi cv@azmicon.az elektron ünvanına göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Təchizat üzrə aparıcı mütəxəssis” qeyd edəsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP