Administrativ işlər üzrə assistent
 
JOB TITLE: Administrativ işlər üzrə assistent
EMPLOYER: Araz Supermarket DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-07 LAST UPDATED: N/A DEADLINE: 2021-08-06

Araz Supermarketlər şəbəkəsiAdministrativ işlər üzrə assistent”vakansiyası üzrə işə qəbul elan edir!

Tələblər :

- Ali təhsil;
- İş təcrübəsi müvafiq sahədə ən azı 2 il;
- Yüksək səviyyədə MS Office bilikləri;
- Dil bilikləri ( Rus, İngilis dili səlis);
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Komandada işləmə, ünsiyyət bacarıqlarının olması.

Vəzifə öhdəlikləri :

- Rəhbərin qəbulunda olmaq üçün müraciət edən şirkət əməkdaşlarının, iş adamlarının, qonaqların qeydiyyatını aparmaq və direktorun qəbul cədvəlini hazırlamaq;
- Şirkət rəhbərliyinə ünvanlanmış bütün sənədlərlə tanış olub, icrası aid olan aidiyyatı struktur bölmə rəhbərinə yönləndirmək;
- Tələblərə cavab verən sənədləri vaxtlı-vaxtında rəhbərə çatdırmaq;
- Rəhbərin ölkədə və ya xaricdə keçiriləcək seminarlara, treninqlərə, sərgilərə və ya hər hansı bir toplantıya dəvətnamə və şifahi dəvət olunduğu barədə dəqiq məlumat toplamaq, təhlil etmək və nəticələr barədə rəhbəri məlumatlandırmaq;
- Rəhbərə lazım olan müvafiq məlumatların operativ olaraq aidiyyatı struktur bölmələrindən toplanmasını təşkil edib bu sənədləri vaxtında rəhbərliyə təqdim etmək;
- Görüş təyin olunmuş qonaqlar və əməkdaşlara əvvəlcədən müvafiq qaydalar (reqlament) barədə məlumat vermək və ona riayət etmələrini xahiş etmək.

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Administrativ işlər üzrə assistant” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Ziba.Xudiyeva@retail.az elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP