Sahə nəzarətçisi (mühafizəçi)
 
JOB TITLE: Sahə nəzarətçisi (mühafizəçi)
EMPLOYER: Green Tech DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-07 LAST UPDATED: 2021-07-08 DEADLINE: 2021-08-06



Ən son texnologiyalara əsaslanaraq kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən şüşə konstruksiyalı müasir istixana kompleksi "Green Tech" MMC fiziki cəhətdən sağlam, həqiqi hərbi xidmət keçmiş bəyləri Sahə nəzarətçisi (mühafizəçi) vakansiyası üzrə işə dəvət edir.

Tələblər:

- Yaş: 20-35
- Müvafiq sahədə minimum1il iş təcrübəsi
- İdmanla məşğul olması üstünlükdür (diplom və sertifikatlar arzuolunandır)

Vəzifə öhdəlikləri:

- Şirkət ərazisinə tam şəkildə nəzarət edilməsi və təhlükəsizlik qaydalarına əsaslanaraq şübhəli hallar və ya hüquq pozuntusu baş verdikdə, onun baş vermə vaxtı, yeri, halları, hüquq pozuntusu törədən şəxsin saxlanılması, fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiq edilməsi zərurətinin əsaslandırılması, hüquq pozuntusunun qarşısının alınması və nəzarət olunan obyektin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülmüş tədbirlər barədə birbaşa tabe olduğu rəhbərini yazılı surətdə məlumatlandırması;
- Tabe olduğu rəhbəri tərəfindən verilən təlimat və göstərişlərin yerinə yetirilməsi.

Ünvan: Zirə qəsəbəsi
İş qrafiki: Növbəli iş rejimi
Əmək haqqı: Müsahibə zamanı təyin ediləcəkdir.
Nahar və servis xidməti şirkət tərəfindən qarşılanır.

Uyğun namizədlərin mövzu hissəsində Sahə nəzarətçisi yazaraq hr@greentech.az ünvanına CV göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP