Çağrı Mərkəzi operatoru
 
JOB TITLE: Çağrı Mərkəzi operatoru
EMPLOYER: Papa John’s DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-07 LAST UPDATED: N/A DEADLINE: 2021-08-06

Papa John’s Azərbaycan, tanınmış Amerika brendi olan, “Daha yaxşı inqrediyentlər daha yaxşı pizza” şüarı ilə addımlayan, pizza restoranlar şəbəkələsi Çağrı mərkəzi üçün “Operator” vakansiyasını elan edir:

Tələblər:

- Qeyd edilən sahədə iş təcrübəsi minimum 1 il;
- Azərbaycan dili, rus dili;
- Əla ünsiyyət bacarıqları;
- Mürəkkəb məsələləri həll etmək bacarığı;
- Komandada işləmək bacarığı, məsuliyyət, təşkilatçılıq, sərbəstlik və özünü inkişaf etdirməyə meylli.

Öhdəliklər:

- Müştərilərdən daxil olan telefon zənglərinə cavab vermək;
- Müştərilərə operativ və keyfiyyətli xidmət göstərilməsini təmin etmək;
- Səbirli olmalı, müştərilərdən sifarişi tam ətraflı götürməli və bütün sualları cavablandırmalıdır;
- İşində məsuliyyətli, ciddi, danışıq diksiyası normal olmalı;
- Müştəri şikayətlərinə baxılması, müştəri məmnuniyyətini təmin etmək üçün lazımi tədbirlərin həyata keçirilməsi;
- Kadrlar səviyyəsinin inkişafı üzrə kadrlar şöbəsi ilə əməkdaşlıq;

İş Şərtləri

• Ə/H 350 AZN;
• 6 günlük iş həftəsi;
• Növbəlik iş rejimi (gündüz-gecə növbəsi);
• İş yeri şəhərin mərkəzində yerləşir;
• İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Operator” mövzusu altında hr@papajohns.az elekton ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP