Qaldırıcı Səbət / Çəngəlli Teleskopik yükləyici operatoru
 
JOB TITLE: Qaldırıcı Səbət / Çəngəlli Teleskopik yükləyici operatoru
EMPLOYER: Caspian Services Group LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-08 LAST UPDATED: N/A DEADLINE: 2021-08-07

İşəgötürən: “Caspian Services Group” MMC
Vəzifə: Qaldırıcı Səbət / Çəngəlli Teleskopik yükləyici operatoru (ağır texnika üzrə: dirsəkli, teleskopik, qayçı tipli qaldırıcılar və s.)
İş rejimi: Tam
İşə başlama tarixi: Mümkün qədər tez
İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 103 (Şəhərin mərkəzində ofis)
Xəritədə yeri: Ətraflı bu keçiddə
Web: www.caspianservices.az

İş şərtləri:

• Stabil iş
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
• İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-ci gün 09:00-dan 15:00-a kimi. İstirahət: Bazar günü
• İcbari sığorta
• Komfort iş şəraiti
• Perspektivli iş
• Mehriban kollektiv

Tələblər:

• Tam orta və ya orta-ixtisas təhsil;
• Bu sahə üzrə 1-3 il iş təcrübəsi olmalıdır;
• Dövlət dilini bilməlidir;
• Bu sahə üzrə sertifikat:
- "Qaldırıcı səbət operatoru";
- "Avtoyükləyici maşinisti";
- "Forklift Operator";
- Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi;
• Təhlükəsizlik sahəsi üzrə təlim;
• İntizamlı, sağlam, fiziki dözümlü, məsuliyyətli, çalışqan, diqqətli, ehtiyatlı, ünsiyyətcil, nəzakətli;
• Geyim qaydalarına və geyim formasına riayət etmək;
• Tək və komandada işləmə bacarığı olmalıdır;
• Təhvil-təslimin sənədləşdirmə qaydalarını bilməlidir;
• Əmək intizamının yüksək olması;
• Təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir.

Bilməlidir:

• İdarə etdiyi texnikanın konstruksiyasını və onun istismar qaydalarını;
• İdarə etmə, yükləmə, boşaltma, yerləşdirmə və yığılma qaydalarını;
• Yol hərəkəti qaydalarını bilməli və onlara əməl etməlidir, müəssisənin ərazisi üzrə hərəkətləri, stansiya ətrafı yolları və quraşdırılmış siqnalizasiyaların yerini bilməlidir;
• Daxili əmək intizam qaydalarını.

Vəzifə öhdəlikləri:

• Rəhbərlik tərəfindən verilən tapşırığın tam və vaxtında yerinə yetirilməsi;
• Texnikanı istifadədən öncə Operator müvafiq təlim/təsnifat və sertfikatlaşdırılmadan keçməlidir;
• Gündəlik texniki yoxlamaları keçirmək və nəticələri ofisə çatdırmaq.
• Yalnız texniki təhlükəsizlik qaydalarına uyğun olan texnikanı işlətməli;
• İş saatı ərzində diqqəti yalnız işə yönəltmək!;
• İclaslarda iştirak etməli;
• Texnikanı təmiz və saz vəziyyətdə saxlamalı;
• Bütün nasazlıqlar haqqında rəhbərliyə məlumat verməli;
• Görülən işlər barədə hesabatları təqdim etməli;
• Peşəsinin icrası ilə əlaqədar digər öhdəlikləri yerinə yetirməlidir;
• Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir.

Qeyd:

• Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) Hr@caspianservices.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Qaldırıcı Səbət / Çəngəlli Teleskopik yükləyici operatoru) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
• İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
• Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
• Müsahibə göndərilmış CV əsasında aparılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP