Logistikanın təşkili şöbəsinin müdiri
 
JOB TITLE: Logistikanın təşkili şöbəsinin müdiri
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-08 LAST UPDATED: 2021-07-12 DEADLINE: 2021-08-07

VƏZİFƏ: LOGİSTİKANIN TƏŞKİLİ ŞÖBƏSİNİN MÜDİRİ

ÖHDƏLİKLƏR

• Logistik sistemləri qurmaq
• Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. üçün müraciətin edilməsi;
• Hazır məhsulların vaxtında yüklənməsi və sənədləşməsinə nəzarət
• Məhsulların statusu haqqında məlumatın mütəmadi yenilənməsi
• Müştərinin idxal və ixrac əməliyyatlarının hüquqi təminatını həyata keçirmək
• Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
• Müştərilərin müvafiq stansiyalarla əlaqələndirilməsini təşkil etmək;
• İdxal-ixrac, tranzit və daxili daşınmalar üzrə yüklər üçün tarifləri hesablamaq;
• Müxtəlif marşrutların tariflərinin müqayisə edilməsi məqsədilə coğrafi və digər biliklərin müntəzəm olaraq təkmilləşdirilməsi;
• Tarif bazasının formalaşdırılması, elektonlaşdırılması və mütəmadi yenilənməsində iştirak etmək;
• Müştərilərlə üzləşmə aparmaq, bunun üçün lazım olan daşıma informasiyasının müştərilərə çatdırılmasını təmin etmək;
• Şirkət tələblərinə görə illik, rüblük, aylıq hesabatlar hazırlamaq;
• Aylıq, illik Logistika ödəmə və xərclər planını hazırlamaq; ödənişlərin vaxtında ödənilməsinə nəzarət edir;

TƏLƏBLƏR

• Yerli daşınma bazarında təcrübəsi olmalıdı, bazarı bilməli
• Beynəlxalq daşımaların təşkilində təcrübəsi olmalı
• İncoterm 2000 və 2010 şərtlərini bilməli
• Ali təhsil, 3 ildən çox əmək stajı (gömrük rəsmiləşdirilməsi və nəqliyyata nəzarət);
• Azərbaycan, Rus və İnglis dillərini bilmək;
• Planlaşdırma, analiz və idarəetmə bacarığı;
• Kompüter proqramlarında sərbəst işləmək;
• Məsuliyyətli, məqsədəyönümlü, intizamlı və gərgin iş şəraitində komanda ilə birlikdə işləmək bacarığı
• Logistikaya dair prosedur və proseslərə dair hərtərəfli biliklərin olması
• Yerli və xarici idxal/ixrac qanunvericiliyini bilmək

ƏMƏK ŞƏRAİTİ

• İş qrafiki həftə içi 9 00-dan 18 00-dək,
• istirahət günü - Şənbə, bazar
• AR qanunvericiliyinə əsasən sənədləşmə

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20.07.2021-ci il tarixinədək hr@azerpost.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Logistika” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP