Müxtəlif vəzifələr
 
JOB TITLE: Müxtəlif vəzifələr
EMPLOYER: Gənclərin İnkişaf və Karyera Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-08 LAST UPDATED: 2021-07-09 DEADLINE: 2021-07-29

GİKM nümayəndəliklərində çalışmaq istəyən gənclər, iş var!

Gənclərin İnkişaf və Karyera Mərkəzi regionlarda yaşayan ictimai fəal gənclər üçün vakansiyalar elan edir!

Azərbaycan Respublikası Prezidentinin 1 oktyabr 2019-cu il tarixli 1454 nömrəli, Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı ilə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclər Fondunun tabeliyində “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi tapşırılmışdır.

Sərəncamdan yola çıxaraq, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdam, Balakən, Yardımlı, Neftçala, Lerik, Masallı, Şəmkir, Qazax, Şamaxı, Şabran, Qobustan, Saatlı, Tovuz vakansiyalar elan edilir.

Gənclərin İnkişaf və Karyera Mərkəzi qeyd edilən rayonda yaşayan, istedadlı, ictimai və sosial sahələrdə fəal, ali təhsilli və qeyd olunan vəzifə tələblərinə uyğun gələn gəncləri (29 yaşadək olan) müraciət etməyə dəvət edir. Müraciət etmək istəyən şəxslər Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəsmi internet saytı (www.youthfoundation.az/vakansiyalar) və GencApp mobil tətbiqi vasitəsilə 28 iyul 2021-ci il tarixinə qədər onlayn qeydiyyatdan keçə bilərlər.

QEYD: Müraciət edən namizədlərin nəzərinə:

İşə qəbul olunduqları halda, müraciət etdiyi region üzrə GİKM tam ştat işçisi olaraq qeydə alınacaqlar, başqa sözlə, hazırda işlədikləri iş yerini tərk etməli olacaqlar.

Həmçinin, qeyd olunan vakasiyaları tutacaq gənclər daimi olaraq adları çəkilən şəhər və rayonlarda yaşamalıdırlar.

GİKM nümayəndəliyi üzrə direktor:

Namizədə dair əsas tələblər:

- Ali təhsilli olmalı;
- Azərbaycan dilini mükəmməl bilməli, ingilis və rus dilləri arzuolunandır;
- İdarəçilik sahəsində ən azı 1 il iş stajı olmalı;
- Təşkilatçılıq, problemi həll etmə bacarığı olmalı;
- Peşəkar idarəetmə və qərar qəbul etmə bacarığı olmalı;
- MS Office proqramlarını yüksək səviyyədə bilməlidir.

Vəzifə öhdəlikləri:

- Nümayəndəliyin fəaliyyət proqramını hazırlamaq
- Yerli gənclərin nümayəndəliyin fəaliyyətinə cəlb edilməsi məqsədi ilə tədbirlər və təlimlər təşkil etmək
- Komandanın fəaliyyətinə nəzarət etmək
- Təhlillər aparmaq və qərarlar qəbul etmək
- Fəaliyyət hesabatlarını təqdim etmək

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis

Namizədə dair əsas tələblər:

- Ali və ya orta ixtisas təhsilli olmalı;
- Azərbaycan dilini mükəmməl bilməli, ingilis və rus dilləri arzuolunandır.
- Komandada işləmə qabiliyyəti, ünsiyyət, təqdimetmə bacarığı, məsuliyyət, operativlik və dəqiqlik kimi keyfiyyətlərə malik olmalı;
- MS Office proqramlarında mükəmməl səviyyədə işləmək bacarığı olmalı.

Əsas vəzifə öhdəlikləri:

- Sosial şəbəkələrdə kontentləri yazmaq, yayımlamaq və şərhləri vaxtlı-vaxtında cavablandırmaq
- Nümayəndəliyin regionda keçirilən fəaliyyətinin yerli mediada işıqlandırılmasını təmin etmək
- Aylıq sosial şəbəkə və media hesabatlarını hazırlamaq
- Mərkəzin korporativ üslubuna əməl etmək
- Aylıq paylaşım planlarını hazırlamaq və icra etmək

Tədbirlər və layihələr üzrə mütəxəssis

Namizədə dair əsas tələblər:

- Ali və ya orta ixtisas təhsilli olmalı;
- Analitik düşüncə bacarığı olmalı;
- Təşkilatçılıq bacarığı olmalı;
- Komandada işləmə qabiliyyəti, məsuliyyət və dəqiqlik kimi keyfiyyətlərə malik olmalı;
- Microsoft Office proqramlarını bilməlidir.

Vəzifə təlimatları:

- Yerli tələblərə uyğun olaraq, tədbirləri və layihələri müəyyənləşdirmək
- Fəaliyyət üçün tələb olunan resursları müəyyənləşdirmək
- Tədbirlərin qrafiklərini, iş bölgüsünü və müddətlərini təyin etmək
- Tədbir və layihələrin plana uyğun təşkilinə nəzarət etmək
- Fəaliyyətə uyğun həftəlik və aylıq hesabatların hazırlanmasında iştirak etmək

Könüllülər üzrə mütəxəssis:

Namizədə dair əsas tələblər:

- Ali və ya orta ixtisas təhsilli olmalı;
- Azərbaycan dilini mükəmməl bilməli, ingilis və rus dilləri arzuolunandır;
- İşində məsuliyyətli və dəqiq olmalı;
- Komandada işləmə qabiliyyəti və idarəetmə bacarığı olmalı;
- Microsoft Office proqramlarını bilməli;
- Təşkilatçılıq bacarığı olmalı;
- İnsan toplusu ilə işləməyi bacarmalıdır.

Vəzifə təlimatları

- Regionda yaşayan, təhsil alan və işləyən gəncləri Gənc Könüllü proqramına cəlb etmək
- Könüllülüyün yerli səviyyədə inkişaf proqramını hazırlamaq
- Könüllünü öz potensialına uyğun istiqamətləndirmək
- Gənc Könüllülərin dövlət və ictimai mədəni-kütləvi tədbirlərdə iştiraklarını təmin etmək
- Könüllünün yerli və beynəlxalq layihələrdə iştirakını təmin etmək

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP