Daxili Nəzarət Sistemi üzrə məsul şəxs
 
JOB TITLE: Daxili Nəzarət Sistemi üzrə məsul şəxs
EMPLOYER: Qala Sigorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-08 LAST UPDATED: N/A DEADLINE: 2021-08-07

“Qala Sığorta” ASC

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı Daxili Nəzarət Sistemi üzrə (Məsul şəxs) vəzifəsi üçün komandamıza yeni üzv axtarırıq.

Əsas vəzifə və öhdəliklər:

1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə əsas məqsədlərin müəyyənləşdirilməsi, daxili Siyasətin hazırlanması;
2. Müştərinin və benefisiarın eyniləşdirilməsi və verifikasiyası üzrə Daxili Qaydaların yaradılması və tətbiqi;
3. Şübhəli və qeyri-adi əməliyyatların aşkarlanması meyarları üzrə Daxili Qaydaların yaradılması;
4. Məlumatların sənədləşdirilməsi və məxfiliyin təmin edilməsi üzrə Daxili Qaydaların yaradılması və tətbiqi;
5. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə təlim Proqramının hazırlanması;
6. Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində, barəsində sanksiya tətbiq edilməli olan şəxslərin ümumi siyahısı üzrə yoxlamanın avtomatlaşdırılmış qaydada aparılmasının təşkili;
7. Şirkətdə müştərilərin sənədlərinə çıxışların tənzimlənməsi
8. Yüksək riskli müştərilərin qəbul prosesində seleksiya qaydalarının əks etdirilməsi, “müştərini tanı” prinsipi üzrə icra mexanimzlərinin tətbiqi
9. Şübhəli və qeyri-adi müştəri əməliyyatları ilə bağlı təhlil hesabatların hazırlanması və Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi.

Tələblər:

- Azərbaycan və Rus dili bilikləri;
- İngilis dili biliyi üstünlükdür;
- MS Office kompüter proqramları üzrə bacarıqlar;
- Komandada işləmək bacarığı;
- Öyrənmək və inkişaf etmək həvəsi;

İş şəraiti:

- Həftədə 5 iş günü
- Əmək haqqı razılaşma yolu ilə.
- Müqavilə: Əmək müqaviləsi
- Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, məhəllə 221/14

CV-lərinizi (foto mütləqdir) mövzu xanasında “Məsul şəxs” qeyd etməklə office@qala-insurance.az ünvanına göndərməyiniz xahiş olunur.

Yalnız tələblərə uyğun gələn və mövzu hissəsində vəzifənin adını düzgün qeyd etmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP