Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Emsa Food DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-08 LAST UPDATED: N/A DEADLINE: 2021-08-07

Emsa Food sirkətinə Rəsmi Mühasib tələb olunur.

Əmək haqqı müsahibə əsasında təyin olunur.

Namizədə tələblər:

• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
• Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi
• Excel və 1C proqramında işləmək bacarığı
• Turk və İngilis dillərini bilməsi arzu olunandır
• Komandada işləmək bacarığı
• Məsuliyyətli və işində dəqiq
• Vergi Məcəlləsini bilməli

Vəzifə öhdəlikləri:

• Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
• Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
• Proqram üzrə mühasibat yazılışlarının verilməsi
• Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
• Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
• Mühasibat, Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatların aparılması
• Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması
• Elektron Qaimə Faktrura, Hesab Fakturalarının hazırlanması
• Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
• İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini ilahebabayeva@emsa.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Rəsmi mühasib göstərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP