Satınalma üzrə mütəxəssis
 
JOB TITLE: Satınalma üzrə mütəxəssis
EMPLOYER: Emsa Food DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-08 LAST UPDATED: N/A DEADLINE: 2021-08-07

Emsa Food şirkətinə Satınalma üzrə mütəxəssis tələb olunur.

Əmək haqqı müsahibə əsasında təyin olunur.

Vəzifə öhdəlikləri:

• Daxili və xarici bazardan tədarük ediləcək mal və xidmətlərin alqı-satqısı ilə məşğul olan firmaları aşkarlamaq və firmalar haqqında lazım olan ətraflı məlumat əldə etmək.
• Bölmələrdən gələn xammal, qatqı, ehtiyyat hissəsi, sərfiyyat vasitlərini və xidmət tələblərini qiymətləndirmək və qısa müddət ərzində tədarüklərini təmin etmək.
• Satınalınan mal və xidmətlər üçün proseduralara uyğun olaraq lazımi koordinasyanı həyata keçirmək.
• Satınalma hesabatlarının və sənədlərinin hazırlanmasını təmin etmək.
• Satın alınan malın daşınması və sığorta əməliyyatlarını prosedurlar çərçivəsində həyata keçirmək.
• Zavoda daxil olan mədaxil və məxaric edilən hər növ vəsaitin anbar girişləri və çıxışlarını sistemli şəkildə həyata keçirilməsini təmin etmək
• Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

• Yaş həddi: 25-45
• Təhsili: Ali
• İş təcrübəsi: 2 il.
• Kompüter biliyi: MS Ofis proqramalarından sərbəst istifadə.
• Dil bilikləri:Azərbaycan dili sərbəst, İngilis və Rus dillərini bilməsi üstünlükdür.
• Şəxsi avtomobilinin olması üstünlükdür.

Uyğun olan namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satınalma üzrə Mütəxəssis” qeyd etməklə ilahebabayeva@emsa.az mailinə göndərməyinizi xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP