Cost controller (Dəyər nəzarətçisi)
 
JOB TITLE: Cost controller (Dəyər nəzarətçisi)
EMPLOYER: Prive Steak Gallery Baku DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-09 LAST UPDATED: N/A DEADLINE: 2021-08-08



HAQQIMIZDA

2017-ci ildən qapılarını müştərilərə açan “Prive Steak Gallery Baku” ləzzətli ət məhsulları,qüsursuz servisi və lüks butik konsepti ilə sektorda öz fərqliliyini ortaya qoyub.Ət sevərlər üçün bənzərsiz dad təcrübəsi yaşadan restoran qısa zaman ərzində fərqli və əyləncəli steyk mədəniyyəti ilə həm Bakı sakinlərinin, həm də şəhərimizin qonaqlarının ürəyini və mədəsini fəth edə bilib.Xoş musiqi, nəfis təam, modern interyer. Bizim üçün bunların vəhdətindən meydana gələn xoş anlardır.

MİSSİYAMIZ

Hər zaman ağzınıza layiq təmiz , təzə və ləzzətli nemətləri ərsəyə gətirmək üçün xüsusi diqqətlə məhsulları seçmək , ən üst standartlarda müştəriyə xidmət göstərərək onlara dost olmaq və həyatlarının ən özəl anlarına rəng və ləzzət qatmaq üçün varıq !

VİZYONUMUZ

Hər zaman bizim üçün prioritet olan müştəri məmnuniyyətini zirvədə saxlayan keyfiyyətli xidmət prinsipimizi qoruyaraq gülərüzlü , qonaqpərvər komandamızla damağınızın həsrətində olduğu mükəmməl ləzzətləri təqdim edərək müştərilərimizin davamlı tövsiyə və ziyarət etdiyi , mərkəzdə ilk ağla gələn ailəvi istirahət restoranı olmaq

Vakansiya : Cost controller (Dəyər nəzarətçisi)
İş yeri - Prive Steak Gallery
Ünvan:Səbail Rayonu Xaqani Küçəsi 14/A
İş qrafiki- həftədə 6 gün
Əmək haqqı- 800 AZN

Vəzifə Təlimatları:

- Mal və xidmətlərin davamlı bazar araşdırmasının aparılması
- Xərclərə nəzarət mexanizminin qurulması
- Müxtəlif xərc hesabatların hazırlanması və analizi
- Büdcə və faktiki xərclərin analizi və hesabatları
- Müqavilələr üzrə xərclərə nəzarət olunması
- Tələb üzrə digər tapşırıqlar

Tələblər:

- Maliyyə-iqtisadi yönümlü bakalavr dərəcəsi
- Xərclərə nəzarət sahəsində minimum 2 il iş təcrübəsi
- Yüksək analitika bacarıqları
- Detallara diqqətli
- Güclü kommunikasiya bacarıqları (yazılı və şifahi)
- Müstəqil işləmə və təşəbbüskarlıq xüsusiyyətləri
- Komanda ruhlu, motivasiyalı və yüksək şəxsi keyfiyyətləri
- Dil Bacarıqları (İngilis və Rus dili bilikləri arzu olunandır)

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@privebaku.com e-mail ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP