Sığorta iddialarınını tənzimlənməsi şöbəsinin mütəxəssisi
 
JOB TITLE: Sığorta iddialarınını tənzimlənməsi şöbəsinin mütəxəssisi
EMPLOYER: Bakı Sığorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-07-09 LAST UPDATED: N/A DEADLINE: 2021-08-08

Bakı Sığorta” ASCSığorta iddialarınını tənzimlənməsi şöbəsinin mütəxəssisi” vəzifəsinə işçi axtarışı elan edir.

Vəzifənin öhdəlikləri:

∙ Sığorta hadisəsi ilə bağlı daxil olan işlərin sənədləşdirilməsi, şirkət daxili bazada icbari və könüllü növlər üzrə hadisələrin qeydiyyata alınması, sığorta hadisəsi kimi qiymətləndirilməsi;
∙ Sığorta araşdırması ilə bağlı müvafiq orqanlara sorğu məktublarının hazırlanması;
∙ Göndərilmiş sorğu məktublarına operativ cavab verilməsi üçün mütəmadi nəzarətdə saxlanılması, müvafiq orqanlarla telefon əlaqəsinin yaradılması;
∙ Sığorta araşdırması ilə bağlı daxil olmuş məlumatların analiz edilərək sığorta ödənişinin verilib-verilməməsi ilə bağlı qərarın qəbul edilməsi;
∙ Sığorta hadisəsi ilə bağlı müraciət etmiş şəxslərlə görüşlərin keçirilməsi və onların sığorta hadisəsi ilə bağlı yaranan suallarını cavablandırılması;
∙ Sığorta ödənişi veriləcəyi təqdirdə qanunla müəyyən edilmiş qaydada və müddətdə ödənilməsinin təmin edilməsi məqsədilə sığorta aktlarının, əlavələrinin tərtib edilməsi, yoxlanması və təsdiq edilməsi üçün birbaşa rəhbərinə təqdim edilməsi;
∙ Müştərilərdən sənədləri qəbul etmək;
∙ Qəbul olunmuş sənədləri texniki, hüquqi və maliyyə ekspertiza etmək;
∙ Sığorta ödənişinin verilməsindən imtina haqqında qərar qəbul edildiyi halda isə qanunla müəyyən olunmuş qaydada və müddətdə imtinanın səbəbləri barədə əsaslandırılmış yazılı bildirişlərin hazırlanması və göndərilməsi;
∙ Sığorta ödənişi edilmiş və ya imtina məktubu yazılmış işlərin arxivləşdirilməsi;
∙ Baş vermiş hadisələr və sığorta ödənişləri barədə zəruri olan şöbələrə məlumatların mail vasitəsilə yazılması və ya məlumatların alınması;
∙ Sığorta hadisəsi ilə bağlı şöbəyə daxil olan zənglərin cavablandırılması, lazımi məlumatların verilməsi;
∙ Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə olan tələblər:

∙ Hüquq və ya Sığorta hadisələrinin tənzimlənməsi sahəsi üzrə 1 illik iş təcrübəsi;
∙ “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “Yol hərəkəti qaydaları haqqında” qanunlarını və bilmək;
∙ İstənilən ixtisas üzrə ali təhsilin olması;
∙ Azərbaycan (əla), Rus və İnglis dili arzuolunandır;
∙ Microsoft Excel və Word təminat proqramları üzrə biliklərin olması;
∙ Məlumatı toplamaq və təhlil etmək bacarığı; Analitik düşüncə, danışıqlar aparmaq bacarığı; ünsiyyət, inandırma, dinləmə, məlumatın düzgün ötürülməsi bacarığı; yazı qabiliyyəti; komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı; məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İş şərtləri

- Həftəiçi 5 gün, saat 09:00-18:00-dək
- “Bakı Sığorta” ASC öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və ştat cədvəlinə uyğun gələn əmək haqqı təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı hr@bakisigorta.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP